Page 840 - Vahid Rzayev
P. 840
838
Demə, belə imiş əvvəldən.
Bir, “O” - var imiş, əvvəldən.
İndi gördüklərimiz, yox imiş, lap əvvəldən.
Göydən düşən “alma”, üç imiş.
Biri olan hal,
biri İstəklərin,
bir də, çıxaracağın, nəticələrin.
“Biri vardı, biri yoxdu, amma, İkisi arasında, bir nəticə vardı”.
Turqut bəy, göydən üç alma düşdü, biri göyündür, biri göndərənin, biri nəticəni, o,
nəticənin, mə'nasını, tapanın.
Belə idi, nağıllar.
Biri “Məlik Məmməd”, biri “Cırtdan” idi, o, nağıllar.
Məlik Məmməd, qaranlıq dünyadan, İşıqlı dünyaya, Simurq quşu ilə, Qa (İşıq), Qu
(Qida), ilə çıxdi, “İşıqlı”, aləmə.
Cırtdan, Divə (qaranlıqlar aləminə), rast gəldi, uzaqda “İşıq gördü”, İşığa tərəf getdi,
İşıqda, o, xilas oldu.
Bu idi, yadda qalan, o çox nağıllar arasından, belə olan, nağıllar.
Bizi, o, İşığa çağırardı, nağıllar.
Ancaq, İşığı çağırardı, o, “nağıllar”.
İşıqla - İşığı, çağırardı, o, nağıllarımız.
Hər nağılımızda, bir mə'na, var idi.
Düşünərək - düşüncədə, hər nağlıda, bir nəticə, bir mə'na çıxarmağa, bizi çağırardı, o,
nağıllarımız.
23.12.2017
***
İnsan, gəldiyi aləmi, axtaracaqdır...
Yer üzünə yenən, o ilk insan, yerdə - yeri, yerlə - yeri, bu yerdə özünü, heç
axtarmadı.
Çünki burda özünü, heç axtarmaq istəmədi.
Günə baxdı, Günün istisindən, İşığından bəhrələndi, amma o İşığa qalxmaq, getmək,
qovuşmaq, ona yaxın getmək haqda, düşünə bilmədi.
Yerdə oldu, yerin səthinə baxdı, yerin səthini görmək istədi.