Page 835 - Vahid Rzayev
P. 835
833
Qapıların, pəncərələrin, bütün açılıb örtülə bilən, detalların arasına, onların sərbəst
açılıb - örtülməsi üçün, onlara cəftələr, rəzələr, bənd etməzdik, və s.
18.12.2017
***
Bu aləm, o, aləm...
Qəribədir bu hallar.
İnsan ümid edir ki, o biri Aləmdə ona mükafat, müjdə verəcəklər.
Bu doğrudur.
Amma ki, bir doğru da, vardır.
Mən, biz, bu Yer aləmində, nə, nələr etdim ki, o biri aləmdə mükafata, müjdəyə, ümid
edim, layiq olum?
Bütün canlı aləm, Yer üzünə, bir vasitə ilə gəlir.
Bu Yer üzündən isə, bütün canlılar, bir vasitə ilə, qayıdırlar.
Bu, Yer aləminə gəlişə vasitə, Anadır.
Bu, Yer aləmindən, ayrılıb, uzaqlaşıb getməyə vasitə isə, Əzrail, o, Can aparandır.
Gəliş də, qayıdış da, bir vasitə ilə, vasitədəndir.
Dirilmək, ölməkdirsə, ölmək də, dirilməkdir.
Bu Yer üzünə gəlişin özü, elə bu Yer aləmində hansısa mərhələdə, həmin ərəfədə, bir
də, ayrılmaya bənzəyir.
Yer aləminə niyə gəlmişdik, nələr etdik, nə qurduq, nə quraşdırdıq ki, bir də ki, əlavə
olaraq, Yer aləmində nəyi, nələri, haraları, dağıdıb, viranə qoyduq?
Sual budur!
Qayıdışın cavabı da, elə buradan başlayır.
Heç ümid də, etməyək ki, o aləm, xilas aləmidir.
Bu aləmdə nə etdisə, o aləm etdiyi, o, işlər üçün mükafatı onun, etdiklərinin,
düşüncələrin, mislindən verilə bilər.
Əgər bu, aləmə niyə gəldiyimiz anlamını bilməsək, qayıdacağımız o aləmdən nə ümid
edərik, nə ümid gözləyək?
Elə hesab edək ki, o biri aləmdə ölmüşdük ki, bu aləmdə dirildik!
Dirildiyimiz, diri olduğumuz, bu aləmdə nə etdik ki, o biri aləmə də, nə ümidlə, baxaq
ki?
“Can”, müstəqil can ola bilmir, çünki İşıq Payı olmasa, (ruhi İşıq payı), hər hansı bir
“can”, can ola bilməz.