Page 839 - Vahid Rzayev
P. 839

837




                  Qardan - Buzdan, başlayan ərəfə, (deyilişdə isə - Qarpız, deyilib), soyuqların azalan
                  ərəfəsini, Xıdıra - Xıdırla yad etmişik.
                  Yazı qarşılayıb, ona Zurvan, (Novruz bayramı), Yerdə Həyatın başlanğıcı, ərəfəsinə
                  Azərbaycan üzərində dayanan, Qoçdan, o Bürcün ərəfəsindən, Qoç bəzəmişik, Təbiət
                  kimi, yeni, təzə paltarlar geymişik, xonçalar bəzəmişik, bir - birimizi təbrik edib, Yer
                  həyatı, bu ərəfədən başlayır demişik.

                  Onu da, Bayram etmişik!
                  Bu gecə, ən uzun gecə.

                  Çillənin gecəsi.

                  Başlayan Qışın, uzun gecəsi, Xızırın gələn gecəsi.
                  Qarın - Buzun, gələn gecəsi.

                  21.12.2017
                  ***

                  “Biri var idı, biri də, yox idi...”
                  Turqut bəy Rza-zadə, nənəmiz də, deyərdi bizə, nağıllar.

                  Belə başlayardı, o, nağıllar, “Biri vardı, biri yox...”.
                  Sonu, göydən üç alma düşərdi, onunla da, sonlanardı o, nağıllar.

                  “Göydən üç alma düşərdi, biri sənin, biri mənim, biri nağıla qulaq, asanın” və yaxud,
                  “göydən üç alma düşərdi, biri sənin, biri mənim, biri nağıl, deyənin”.
                  Qulaq asardıq nağıla, düşünərdik, o, nağılla.

                  Göydə axı, alma olmaz, alma ağacda olar.

                  Necə çıxdı göyə, o, alma?
                  Niyə nənəmdə iki alma, məndə niyə bir alma?

                  Bəs hanı o alma, məndə olmalı - olan o, alma?
                  Niyə nənəmdə iki, məndə bir alma?

                  Hanı, bəs o, alma?
                  İllər keçdi, böyüdük.

                  Böyüdükcə də, hərdən düşündük.

                  Nənəmiz nağıl deyərdi, “biri vardı, biri yox”, deyərdi.
                  Axı niyə, o, nağılın sonunda, göydən niyə, ancaq üç alma düşərdi?

                  Böyümüşdük daha, düşünürdük daha.
                  “Biri vardı, biri yox idi”, deyilməklə, başlanardı o, nağıllar.
   834   835   836   837   838   839   840   841   842   843   844