Page 841 - Vahid Rzayev
P. 841
839
Heç yerin dərinliyinə, heç onun, bu yerin mərkəzinə, Nüvəsinə yenib, öz marağını,
həyatın ilkini, Yerin dərinliyində, onun, dərin qatlarında, axtarmaq istəmədi.
Gözləri, göylərdə, səmalarda qaldı.
Göylərə, səmalara, həsrətlə baxdı.
Həmişə Göyə baxdı, Səmaya baxdı, həmişə yeri əhatə edən, o, uzaq Planetlərə baxdı.
İlk insan, bu insan, Göydə - göyü, Səmada - səmanı, Kainatda - Kainatı, Qlaktikalar
arasında, özünün yer üzünə gəldiyi, o səmti axtardı, o səmtə tərəf, qalxmaq,
yüksəlmək, ucalmaq istədi.
Bu elə həmin, ilk insandır ki, Kainatda özünü, gəldiyi səmti, dərin yaddaşından
bildiyi, o aləmi axtarandır!
Uçan raketlər, uçan aparatlar bir bəhanədir.
O İnsan, bu İnsan, aləmlər arasında, öz Aləmini, axtaracaqdır!
24.12.2017
***
Ona o adı, verirlər...
Bir çox adlıqlara diqqətlə yanaşdıqda, o, adlıq, mə'nanı, o, mə'na isə, o, adlığı
aydınlaşdırır.
Məsələn, insan xəstələnəndə, xəstə olanda, deyilir ki, “get, həkim yoxlasın”.
Bu deyilənə, diqqətlə fikir verəndə isə, yə'ni ki, həkim, (xəstəliyi, amma xəstənin
özünü, yox), o, xəstəliyi, o, xəstə nahiyəni, araşdırsın, tapsın, “onu, yox etsin, uzaq
etsin, sıfırlaşdırsın, dayandırsın”, mə'nasını daşıyır.
Rus dilində isə, get həkimə, qoy o, səni sağaltsın, deyilir.
“Иди к врачу, что бы он тебя вылечил”.
Bu cümlədə bütün fikir, “вылечил”, yə'ni ki, tərcümədə, “sağaltsın”, sözündədir.
“Vı”, (sən, o, onlar), “leç”- il. Sözün kökü, “лечь”, yə'ni ki, “uzanan, uzanmış,
uzanmaq”- dan, səni, yataqdan, ayağa qaldırsın, mə'nasını daşıyır.
Olan uşaq, özünə Ad vermir. Ona o, Adı verirlər, o, həmin adın, daşıyıcısı olur.
Xalq da, elədir.
Xalq özünə Ad vermir, o, xalqa, o, adı, kənarda olanlar, kənardan baxanlar, həmin adı
ona, verirlər.
Ada bir bax, “İt”.
Yəqin ki, onun halına, vəziyyətinə, aqibətinə baxıb - baxıb, bu adı ona, veriblər.
Bu olan, əziyyətli halın, “it”- sin, getsin, olmasın kimi.
Çox ehtimal ki, “it, itil get”, deyilməsi bu mə'nanı, daşımış olar.