Page 837 - Vahid Rzayev
P. 837

835




                  İnsan, Xuda deyil.
                  İnsan ölümlü - dirimli, Xuda ölməyəndir.

                  İnsan, gəldi - gedərsə, o iki həqiqət arasında, bu dünya - o dünya arasında, bir olan,
                  Həqiqətin arasında, gəldi - gedərdir.
                  Bu Dünya, yalan deyil, heç o Dünya da, yalan deyil.

                  Çünki Həqiqətin özü yalan deyil.

                  Olanlar arasında, olmuşlar var.
                  Həqiqətlər arasında isə, həqiqətlər var.

                  Nə olmuşlar yalandır, nə də ki, həqiqətlər yalandır.
                  Çünki olmuşların özü də elə, olan bir həqiqətlədir.

                  Olmuşları,  olanları,  zamanlara  ayırıb  da,  keçmişdə,  keçmiş  zamanda,  desən  də,
                  dediyin o, “keçmiş zamanı”, nə qədər unutmaq istəsən də, o unudula bilmir.
                  Çünki,  arada  dayanan  həqiqətin  özü,  unutqan  olmadığından,  o,  olmuş  halları,
                  həqiqətin özü unutmur, ona görə ki, həqiqətun özü, unutdurmur.

                  Həqiqətin özü unutqan olmuş - olsa idi, onda nə o Dünya, nə bu Dünya, nə bu zaman,
                  nə keçmiş zaman, hanı o zaman, hardadır o zaman, olardı...

                  Onda, nə yaxşı ki, həqiqət var, onda nə yaxşı ki, həqiqətlər var.
                  Çünki həqiqət, elə həqq - həqiqət arasındadır, nə uzaqda, nə yaxındadır.

                  Olan Həqiqət, yaxından - yaxındadır.
                  O həqiqət, vaxta - zamana sığmaz, o həqiqət, dövrə, mərhələyə, yaxın, keçmişə tarix
                  arasına, bölünməz, o Həqiqət olduğundan, nə itər, nə də ki, bitər.

                  19.12.2017
                  ***

                  Bənzərlər, bir də oxşarlar...
                  Səmavi Kitab mətnlərində, Yer aləmində ilklər, o, ilk olan insan, “в подобии”, keçir.

                  Yə'ni ki, sətri anlayışda, “bənzərində” keçir. (oxşarında yox).
                  Onun İlki, İşıq aləmindədir, Bənzəri Yer aləmindədir.

                  Bənzərlə, Oxşarın arasında, baxış, görkəm, görüntü məsafəsi, var.

                  Kiminsə, oxşarını axtardıqcan, onun bənzərini görərsən ki, yenə də özünü görmərsən.
                  O, elə bir kəlmədir ki, yə'ni, “görkəmlər arasında, bənzəri olmayan, o bənzəri axtarma
                  ki,  onun  bənzəri  yoxdur”,  kimi  bir  anlayış  verir.  (yəni  ki,  bir  budaqda  iki  meyvə,
                  onların bənzəri var, onun bənzəri olar, amma ki, onun eyni oxşarı yoxdur. Əkizlər də,
                  bir - birinə bənzərdir, bir - birinin oxşarı deyil. Dağ da, dağa bənzərdir, o dağın oxşarı
   832   833   834   835   836   837   838   839   840   841   842