Page 538 - Vahid Rzayev
P. 538

536




                  Həqiqət!
                  “Həqiqət” - bütün Dövrlər, bütün Mərhələlər, bütün Quruluşlar arasında, keçərlidir!
                  Çünki Həqiqət, həmişə Həqiqətdir!

                  13.05.2017
                  ***

                  Simalar, üzlər...
                  Ətrafa, İnsanlara baxırsan, simaları görünür!

                  Onlardan eləsi var ki, əzablıdır, eləsi var ki, biganədir, eləsi var düşüncəlidir, eləsi var
                  özü-özü üçün yaşayandır, eləsi var yalançıdır, paxıldır, ziyankardır.
                  Eləsi var ki, özündən çox razıdır.

                  Eləsi də, var ki, aldadandır və s.

                  Amma,  bunlar  da,  ətrafımızda  olan,  Simalardır,  “Danışığı,  Dili  də  qəribə,  sözləri,
                  cümləsi də qəribə, baxışı da qəribə, özü də, qəribə”.
                  14.05.2017
                  ***

                  Ömür yolumda yanaşı...

                  Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə
                  olaq.
                  Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq.
                  Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək.

                  Günorta  günəşi  zirvədə  bizlə,  birlikdə  bilək.  Günəşin  qürubunu,  onun  bir  də
                  məhəbbətlə işıq saçacağını gözləyə bilək.
                  Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək.

                  Gedək elə bir yerə ki, külək mehribandır deyək, istiləri, doğma bilək.
                  Məzarın, məzarlıqların olmadığı yerə gedək.

                  Gedək elə bir yerə ki, yaşıllıqları özümüzlə yanaşı görək, o yaşıllıqlardan özümüzə
                  alaçıq quraq. İşığımıza qayıdışı, İşığa qovuşmağı oradan bilək!

                  Gedək  elə  bir  yerə  ki,  sevgini,  məhəbbəti  yaxınımızda,  həsrəti,  ayrılıqları  isə  çox
                  uzaqda bilək!
                  Gedək elə bir yerə ki, o aləmlər bizimlədir, bizlədir, sevinclədir, sevlədir, gözəlliklər
                  əhatəsində gözəlliklədir…

                  15.05.2017
                  ***

                  Cəmə-Cəm...
   533   534   535   536   537   538   539   540   541   542   543