Page 536 - Vahid Rzayev
P. 536

534




                  ***
                  Günlərimiz...

                  Çox qəribədir:
                  Doğum günümüz, saatımız, ayrıdır!

                  Qulağımıza səsləndirilən, daşıyacağımız Adımız, “Ad günümüz”, ayrıdır!

                  Dünyaya  gəldiyimiz  günümüz,  saatımız  ayrıdır,  Dünyadan  ayrılıb  gedəcəyimiz,
                  qayıdacağımız günümüz, saatımız ayrıdır!
                  Müxtəliflik Aləminə düşmüşük, hər biri, biri-birindən, ayrı - ayrıdır!

                  11.05.2017
                  ***

                  Biz seçmirik...
                  Qəribədir:
                  Yer üzünə gəliş günümüzü, saatımızı, Ərazini, düşəcəyimiz ailəni, biz seçmirik!

                  Adımızı, daşımalı olcağımız Adı da, biz seçmirik!
                  Yer üzündən qayıdacağımız anı, günü, saatı da, əraziləri də, biz özümüz, seçmirik!

                  Çünki, deyilən halları, bizim özümüz, seçmirik!
                  Deməli, bu halların özünü və özlüyünü Nizamlayan, Ardıcıllaşdıran, bir Varlıq da Var
                  ki, ölüm gününü də, ölüm saatını da, biz seçmirik!

                  O, bizləri Seçir!

                  Deməli,  bu  gəldi-gedərlərdə,  bu  seçilmələrdə,  bu  Adlıqlarda,  sirli,  gizli,  örtülü  bir
                  mə'nalar da, var!
                  Çox maraqlı və çox düşündürücüdür!

                  Yer üzünə milyardlarla insan gəldi və qayıtdı.
                  Ola bilməz ki, bəşəriyyət bir müddət, yer üzündə yaşamaq və ölmək üçün bu Həyatına
                  gəlsin.
                  Bu gəliş - gedişin sözsüz ki, bir mə'nası da, olmalıdır!

                  Nədir səbəb, niyədir səbəb?
                  Dostlar, nədir bu fəlsəfə, nədədir bu fəlsəfə?

                  Mə'na olmalıdır!

                  Mə'nasız - bu həyat olmaz!
                  11.05.2017

                  ***
                  Bir Gəliş, bir Qayıdış...
   531   532   533   534   535   536   537   538   539   540   541