Page 531 - Vahid Rzayev
P. 531

529




                  05.05.2017
                  ***

                  Bitkilərin də, öz yaddaşı...
                  Hər bitki, hər ağac, hər kol, öz rayihəsini, öz dadını, öz rəngi ilə, öz meyvəsini gətirər!

                  Onların da, öz yaddaşı!
                  Onlar, öz yaddaşları ilə, öz yaddaşında gələr!

                  Bitkilər Aləmi, Öz yaddaşındakıları gətirib, onları bölüşüb, deyər!
                  Qışda, soyuqlarda gövdəsi ilə, budaqları ilə, özünü qoruyar, Yazda isə, yaddaşı ilə,
                  yaddaşında olanları, bir də deyər!

                  Onların Yaddaşları dəyişməz!

                  Onlar yenə də, öz Budaqları ilə, öz Meyvələri ilə, özlərini, tanıdar!
                  Hər iki Aləmdə, nəyin Yaddaşı, yoxdur ki?
                  06.05.2017
                  ***

                  Kim bilər...

                  Karıx qalmışam, Məni qaytar, mənə ver!
                  - O, səndədir...

                  - Uğurum məndən, uzaq düşüb!
                  - O, ətrafındadır...

                  - Görmürəm!
                  - O, Sənin Gözünlə, görünməyəndir!

                  - Görə bilmədiyimi, Kim görər?

                  - O, çox böyük bir Elmdir, O, sirli, örtülü Elm, İşığa bürəlidir...
                  - Onu, kim bilər?

                  - O, ağır Elmdən, İşıq Elmindən, hər iki Aləmin arasını görən, xəbəri olan bilər, hali
                  olan bilər!
                  İnsan nəyə möhtac olmadı ki?

                  “Suya möhtac, havaya, İşığa, Günəşə, qidaya, geyimə, yola-yoldaşa, sözə, məhəbbətə,
                  hərəkətə, ğecəyə, gündüzə, istiyə, soyuğa, bitkiyə, kölgəyə, sərinə, həqiqətə möhtac!
                  İnsan, nəyə möhtac olmadı ki?

                  İnsan, aciz deyil, amma onu əhatə edən Aləmə, möhtacdır, bu insan!

                  07.05.2017
   526   527   528   529   530   531   532   533   534   535   536