Page 527 - Vahid Rzayev
P. 527

525




                  Maraqlı hal ondadır ki, insanın əli-ayağı yaralanan kimi, həmin nahiyəni püləməklə,
                  sakitləşdirməyə çalışır.
                  Bu hal onun, İnsanın şüur altı yaddaşıdır ki, Kainatın ilkin halını, Soyuma halını, acı
                  halını heç özü bilmədən, icra edir!

                  Acı  bibər,  İstiot  miqdarı  həddən  artıq  çox  olduqda,  insan  həmin  dəqiqə  ağzı  ilə
                  püləməyə başlayır. Sanki öz yaddaşında olan, soyuma həddini xatırlayır, nizamlayır!
                  İnsan yanıq xəsarətləri aldıqda, o nahiyəni çox sür'ətlə püləməyə başlayır!

                  Soyuqladıqda, soyuq dəydikdə isə, bürələnib isti mühit yaratmağa çalışır!

                  Bir halda püləyib soyudur, bir halda isə bürələnib, isti axtarır!
                  Ümumiyyətcə  insan  kədərlənəndə,  sıxıntı  keçirəndə,  çox  güclü  sevinc  anında
                  gözlərundən, yaş axır!

                  Bu hal insana və bütün canlılara, bə'zi hallarda isə, bitkilər aləmində də, müşahidə
                  olunur!
                  Nə baş verir bu halda?
                  Güclü həyəcan anında, vücud daxilində olan su miqdarı, anilikdə “acı” halına keçir!

                  O, “acı”, halın miqdarı kəskin artmasın deyə, bədəndəki su miqdarı anilikdə şor, şoran
                  həddə qədər, nizamlanır.
                  İnsan ağlayan anda, göz yaşı bu səbəbdən, Şordur!

                  Sevinc, rahat halında insan vücudu, şirin daşıyıcısıdır!

                  Bə'zən insan deyər ki, “qanım qaradır”, o, həqiqəti deyir!
                  Çünki  kəskin  əsəb,  haqsızlıq  qarşısında,  bədəndə  olan  “acı  kök”,  daşıyıcısı,  kəskin
                  aktivləşdiyindən, “qanım acıdır demir, amma qanım qaradır” - deyir.

                  Hər iki halda, insan olan halı deyir!
                  Qeyd:
                  Deməli  nəticədə  belə  bir  mə'na  kəsb  olunur  ki,  Azərbaycan  dilindəki  “Acmışam”,
                  ifadəsi,  sözü,  kəlməsi,  mə'dədə  hansısa  ərəfədə,  mərhələdə  Acılıq  Miqdarı
                  artdığından, insanda qidalanmaq ehtiyacı yaranmaqla, müxtəlif qida çeşidləri ilə, o,
                  “acılıq”, həddini vücudda azaltmaq, bərabərləşdirmək, nizamlamaq tələbi yaranır.

                  Deməli vücudda acı, şor, turş, şirin tələbləri bu səbəblərdən irəli gəlir.
                  Gör bir, bir canlı vücudu Yaratmaq və onu canlı Həddində saxlamaq üçün nə qədər
                  əlavə olaraq, köməkçi varlıqlar Yaratmaq labüdlüyü meydana çıxıb!

                  Çox  maraqlı  və  çox  da,  düşündürücüdür  o,  halda  ki,  insan  ancaq  doğulub  bir  də,
                  ölmək üçün, Var edilməyibdir!
   522   523   524   525   526   527   528   529   530   531   532