Page 532 - Vahid Rzayev
P. 532
530
***
Bunlar qəribəliklər deyil, amma həqiqətlərdir...
Deyilir ki, Bütün Aləm, bizi əhatə edən Aləm, bizim bir payımız, bir hissəmizdir!
Qəribədir, Bütün Aləmlər, bütün Cisimlər, bütün varlıqlar, necə bizim bir hissəmizlə,
buzim bir hissəmiz ola bilər ki?
Çox maraqlı bir ifadədir, “Bizimlə biz, Onlarla biz!” (müəllifdən).
Ətrafa, bizi əhatə edən Aləmə baxdıqda, bütün varlıqların heç də, bir mə'nasız varlıq
olmadıqları aydınlaşır!
Bütün insanlar, bir çox hallarla sıx bağlılıqdadırlar!
Yer üzündə, insanın özünə aid olan Ağacı, rəng çaları, ədədlər arasında rəqəmi, qida
çeşidi, daşıdığı Adı, sənəti-peşəsi və s. onun özü ilə sıx bağlılıqdadırlar!
Bir neçə, məqama baxaq!
Xalq arasında belə bir deyim var, “Suda boğulan adam, saman çöpünə əl atar”, sözsüz
ki, bu deyim məcazi mə'na daşıyır!
Yə'ni, saman çöpünün fiziki kütlə çəkisi, insanın fiziki kütlə çəkisindən qat-qat azdır,
aşağıdır! Bu səbəbdən suda olan o, həmin saman çöpü onu, o adamı xilas edə bilməz!
Mə'na e'tibarı ilə düzgündür, amma Məntiqi baxımından yanlışdır!
Yuxarıda deyildiyi kimi, hər bir adamın özünə aid olan, bir xilaskar məfhumu var!
İnsanlar arasında belə bir fikir formalaşıbdır ki, bütün Bitkilər və Heyvanat aləmi,
ağılsız, şüursuzdurlar!
Onda yenə də, bir sual çıxır ortaya, əgər ki, həmin Bitkilər və Heyvanat aləmi belə
“şüursuzdurlarsa”, bizim onlardan qidalanıb bəhrələndiyimiz, buğdasından,
meyvəsindən, unundan, südündən, ətindən, yağından, yumurtasından, balından
istifadə etdiyimiz, Pambığından, İpəyindən e'mal etdiyimiz, ağac taxtadan, məişət
avadanlıqları düzəltdiyimiz, inək, qoyun, keçi dərisini aşılayıb, onlardan geyim
düzəldib, “bu ilin dəb forması”, dediyimiz o əşyalar və s. onlardan, istifadə
etdiyimizdə bizim özümüz necə, onlardan bəhrələnib, sonda, “şüursuz, ağılsız”,
oluruqmu?
(Çünki, bizim özümüz canlı olaraq, onların var olmasından çox asılıyıq).
Qətiyyən yox, o səbəbdən ki, bütün varlıqlar, Bitkilər Aləmi və Heyvanat Aləmi ağıl,
şüur, yaddaş daşıyıcılarıdırlar!
Köklü olaraq o düşüncə yanlışdır ki, bitki və heyvanat aləmi, Ağılsız, Şüursuzdurlar!
Baxaq bir neçə hala!
Qarışqalar, torpaq altında yuva qurarlar! Bütün qarışqalar mövsüm ərzində,
yuvalarına azuqə daşıyarlar!