Page 533 - Vahid Rzayev
P. 533

531




                  Yuvalarının giriş hissəsini elə bir mühəndis, me'mar ustalığı ilə, bağlayarlar ki, qışın
                  şaxtası,  yazın  əriyən  qar suyu,  yaz  yağışları  o  yuvalara dolmaz,  o qarışqaları  məhf
                  etməz!
                  Baxaq quşlara!
                  Bütün  Quşlar  yuva  qurar,  onlar  elə  bir  ağac  çöplərini,  budaqları  tapıb  biri-birinə
                  uyğunlaşdırar  ki,  nə  yağış,  nə  külək,  nə  qar  ağırlığı,  o,  yuvaları  uçurub,  dağıda
                  bilməz! (Ağıl, Şüur burda gərək).

                  Qayıdaq əsas məsələyə!
                  Bütün insanlar uğura, rahatçılığa, sakitliyə, ümidə, sevincə, sağlamlığa, möhtacdırlar!

                  Bizi əhatə edən Aləm içərisində, onların hammısı var, mövcuddurlar!

                  Çünki bu Aləmin özü də, elə onun üçün mövcuddur!
                  Elə yerdə, elə halda, elə məqamda, elə bir “o, saman çöpü”, bir budaq, bir ədəd, bir
                  rəqəm, bir rəng, bir ad, bir qida çeşidi tapılıb, ona bəxş oluna bilər ki, o, dönüb ona,
                  bir xilaskara çevrilər ki, insanın bütün həyatı uğurlarda yaşanar!

                  Bu  material  aləmdə,  materiyanın  öz  təsnifatında,  onlarda,  o,  uğur  istəklərimiz,
                  örtülüb, sirriləşdirilib, gizlədilibdir!
                  07.05.2017

                  ***
                  İşıq Payı...

                  İşıq Payı, O, İşıq Aləmində, O, İşığa qovuşur, ölüm olmur ki, yoxdur ki...
                  07.05.2017

                  ***
                  Təxəllüslər...

                  Qəribə və düşündürücüdür :
                  Məhəmməd - təxəllüsü Füzuli!

                  Hüseyn - təxəllüsü Cavid!
                  İmadəddin - təxəllüsü Nəsimi!

                  Əliağa - təxəllüsü, Vahid! və s.

                  Təxəllüs, deyirik bu adlara!
                  Bəlkə Onlar, Kainatda olan, Adı ilə, çağırıldılar belə...

                  Kainatdan olan, Adları idilər, belə...
                  Kim bilir...
   528   529   530   531   532   533   534   535   536   537   538