Page 537 - Vahid Rzayev
P. 537
535
Bütün Elmlərin, Tarixlərin, Müharibələrin, İnancların, Düşüncələrin, Araşdırmaların,
Bildiklərimizin qarşıdında, bir bilmək marağı, dayanar:
“Əgər ölüm yoxsa, İnsan ölmürsə - o əbədi olan aləmə qayltmalıdırsa. Bu nə gəliş, nə
qayıdışdır?”.
Kainat - bir Gəliş, bir Qayıtmaq üçün Bəşər yaratmaz, Varlıqlar yaratmaz, cəza üçün,
məhf etmək üçün, yaratmaz!
Nədir gəliş, nədir gayıdış, İnsan nəyə çatmalı, nəyə yüksəlməli, İlkinə niyə qayıtmalı,
niyə dönməli?
İnanclar, Kainatla - insan arasında olan tə'limlərdirsə, onda insan, nəyə qovuşmalı,
nəyə bir də, yüksəlməli?
Düşündürücüdür...
12.05.2017
***
Əbədiyyət - Zəruriyyəti...
Bu, Yer Həyatına gəliş, bu yer həyatından qayıdış, səbəb deyil, Zəruriyyətdən -
zəruriyyətdir!
Əbədiyyət - Zəruriyyətidir!
12.05.2017
***
Ətrafımız və özümüz...
Ətrafımız, vücudumuz, baş - yaddaşımız, göz, qulaq, dad, iy, hiss və s. bizə, Yaraşıq
üçün - verilməyib,
Karıxmayaq - özümüzü, ətrafımızı görüb, bilib, dərk edib, hiss etmək üçün - Bəxş
edilib!
12.05.2017
***
Həqiqət...
Haraya baxsaq da, nəyə baxsaq da, onda olan, bir Həqiqətdir!
Amma, insan da, həmişə, həqiqəti demək istəyir!
Amma yenə də, düşünülür ki, görəsən “həqiqəti” - deyir?
Bu səbəbdən həqiqəti, müxtəlif fikirlərə, yozuruq.
Amma gərək ki, həqiqət var!
Olmasa, demərik!
Deyirlər ki, “o nisbidir”- amma, nisbi olsa da, nisbi olmasa da, o, yenə də, Həqiqətdir!