Page 540 - Vahid Rzayev
P. 540
538
Sözsüz, söz olmur. Sözsüz, fikir olmur!
Sözsüz, düşüncə olmur! Sözsüz, demək olmur!
Söz idi ilk, söz deyildi ilk!
Sözlə söz dedilər, sözə, söz dedilər.
Sözlə, sözü, ardıcıllıqda dedilər.
Kainata üz tutdular, Kainatın öz dilində, Kainata söz dedilər!
Onun dili ilə, Ona söz dedilər.
Sözün ilki Onda idi, Ona öz Sözünü, sözdə dedilər.
Sözlə Söz idi ilk, Sözə Söz idi ilk.
Səsə, səs idi ilk, O səsdən, Söz idi ilk!
Səs İşıqdan idi, Sözlər İşığa idi.
Söz düşündürən, düşüncə sözdə idi!
18.05.2017
***
Elmlər, Həqiqətlər...
Həqiqət, Elmdə vardır!
Elm, Həqiqətdə vardır!
O, nə Elmdir ki, Həqiqətdən uzaqdır?
19.05.2017
***
Çapar - Qasidlər, xəbər aparardılar...
Yer üzündə, İlk insandan qalıbdır, xəbər çatdırıb, biri-biri ilə, xəbərləşmək, xəbər
tutmaq!
Bir ərazidə yaşayan insanlar arasında həmişə ona, maraqlı olub, yeni xəbər eşidib, o,
xəbəri biri-biri arasında biri- birinə demək, biri-birinə çatdırmaq!
Ümumiyyətcə Yer insanı, hər bir hallarla maraqlanıb, onu öyrənib, onu bilmək marağı
həmişə üstün olub!
Bütün bəşəriyyətin, maraqları arasında ən mühümü, yeni xəbər eşitmək, yeni
mə'lumatlar almaq marağı, həmişə üstün olub!
İnsanın, bir çox maraqları arasında, ən vacib olanı, hər şeydən xəbərdar olub, onu
bilmək marağıdır!
Yer üzündə bir-birlikdə yaşayan ilk insanlar, öz aralarında, (bir Qəbilə arasında), bir-
birlərini çağırıb, səslənib, biri-birinə söz, fikiri çatdırmaq mümkün olan bir hal olub!