Page 543 - Vahid Rzayev
P. 543
541
Pote-fon,
Qromo-fon və s.
Deməli “Fon”, Səs, söz, xəbər, daşıyıcısı anlamı kəsb edirsə, Ma-ra-Fon da, deməli,
səs, söz, xəbər daşıyıcısı anlayışı verə bilir.
20.05.2017
***
Söz, Mə'na...
Cümlədə işlədilən Söz, cümlə tərkibinə, vasitədir!
Cümlədəki Fikir isə, Mə'na və Mahiyyətidir!
20.05.2017
***
Fəlsəfə, bütün Elmlərin başlanğıcı, Elmlər isə, Fəlsəfənin, törəməsidir...
Nə Fəlsəfənin nə də, Məntiqin “məktəbi” - yoxdur.
Məntiq, fitrətən verilmir, məntiq haldan doğan bir Mə'nadır!
Fəlsəfə, fitrətdən deyil, real (realist) düşüncənin, müqayisələrin, araşdırmaların
yüksək fazasına yüksəlmək, bə'zən çatmaqdır!
Fəlsəfə, Ağıl deyil, ağılla düşünməyə, düşündürməyə bir yoldur!
Fəlsəfi fikir, Fəlsəfi mülahizə, çox vaxt, “sübuta ehtiyacı olmayan” - bir, Sübutdur!
Fəlsəfə, bütün dövrlərə, quruluşlara aparıcı, istiqamətləndiricidir.
Fəlsəfə, “mən filosofam” - beyib, onun adını, “titul, elmi dərəcə” - ni, qəbul etməz!
Fəlsəfə, fəlsəfi məntiqi, fəlsəfi mə'nanı, fəlsəfi düşüncəni qəbul edir. Və s
Düşünmək, bilmək, araşdırmaq tükənməyən bir varidatdır!
O, Kainata - Kainatla bağlıdır.
Düşündükcə, düşüncədən, yeni düşüncələr yaranacaq!
Kainat, ona üz tutub, nəsə istəməkdən, tələb etməkdən, ibarət deyil!
Kainat, düşüncənin təməlidir.
Düşüncəsiz, ardıcıllıqsız, hərəkətsiz, Kainat yaranardımı?
Min illərlə çalışdılar, amma ki, Fəlsəfəni, çərçivəyə sığışdıra bilmədilər!
Fəlsəfi çalarları olmayan, heç bir Elm, yoxdur!
22.05.2017
***
Köhnə vaxtlar, köhnə kişilər...