Page 542 - Vahid Rzayev
P. 542

540




                  Məktubları  daşıyan  arabaların  sayı,  artdıqca,  məntəqələr  arası,  Poçt  idarələri  də,
                  artırdı!
                  İnsanlar  arasında  isə,  biri-birinə  xəbər  göndərmək,  və  xəbər  gözləmək  marağı,  çox
                  artdığından,  tədricən  araya,  Poçt  mərkəzləri  çıxmaqla,  daha  Marafonçular,  sonralar
                  tədricən, Çapar-Qasidlərə tələblər azalmaqla, onların işini daha Poçt şö'bələri yerinə
                  yetirməyə başlayırdı!
                  Amma ki, ilk Elektrik Cərəyanə kəşf edildikdən sonra ( Edison, Tesla), ilk Teleqraf
                  rabitə meydana çıxdı!

                  Teleqraf-rabitə  kod  yazıları  keçən  əsrin  əvvəlində,  Amerikalı  ixtiraçı,  rəssam  olan,
                  Samuel  Morzenin  tərtib  etdiyi,  Teleqraf-Əlifba  Kod  kəşfi  ilə,  o,  Teleqraf  rabitəyə,
                  Morze əlifbası, rabitəsi adı verildi.
                  Bunlara baxmayaraq ki, daha tez rabitə əlaqəsinə “Teleqramma” da, gəldi, o, da bir
                  rabitə vasitəsi oldu, bununla insanlar arasında, məktub yazışmaları, bitib, tükənmədi!

                  Bu keçən, tarixi mərhələlərdə, xəbər çatdırmaq, xəbər almaq, Marafinçular və Çapar-
                  Qasidlərlə başlamışdısa da, onlar tarix yaddaşında qaldı!

                  Keçən əsrin ortalarından sonra, tədricən daha bir Rabitə vasitəsi, “İnternet şəbəkə”,
                  meydana çıxdı!
                  Bu  sür'ətli,  İnternet  rabitə  də,  çox  geniş  yayılıb,  istifadə  olunsa  da,  yenə  də,  ilk
                  insanlar arasında, xəbərləşməyi, məktublaşmanın qabağını bu da, ala bilmədi!

                  Çünki,  o,  İnsanın,  ilk  İnsanın  Yer  üzündə  kəşf  etdiyi,  yazı  işarələr,  ilk  yazı
                  nümunələri, ilk yazı mədəniyyətinin qarşısını ala biləcək, başqa bir üslub yoxdur hələ!
                  Maraqlı insandır, maraqlanan insandır, xəbər bilib, xəbər gözləyən insandır!

                  Yazı vasitəsi ilə, fikrini bildirəcək, İnsandır!
                  Bir Sözdə, bir Yazıda, biri-birini anlayıb, başa düşən İnsandır!

                  İnsan, susa bilir!

                  Amma ki, fukrini yazmaya bilmir!
                  Çünki fikrini yazmasa, öz fikri bilinmir!

                  İlk Babasından miras qalıbdır, Yazı!
                  Ondan, olan o, ilk Yazıdan, bütün insanlar, qopa bilmirlər!

                  Qeyd:
                  Mara-fon sözündə hecalara baxdırda:
                  Maqnito-fon,
                  Tele-fon,

                  Mikro-fon,
                  Dikto-fon,
   537   538   539   540   541   542   543   544   545   546   547