Page 334 - Vahid Rzayev
P. 334

332




                  Yuyunub, hamamlanıb, gözəllik üçün istifadə etdiyimiz sabun, Acıdır!
                  Yer üzündə bütün dərman preparatları, tozlar, həblər, məhlulların hammısı, Acıdır!

                  Arının balı şirin, batan iynəsi, Acıdır!
                  İlan sancması, it qapması, Acıdır!

                  Əlimizə, ayağımıza batan tikan, tilişə, talaşa, iynə (inyeksiya), acıdır!

                  Hər bir yara, çapıq, yanıq, kəsilmələr, deşilmələr Acı, onları bölən Ağrılardır!
                  Sevgilər, məhəbbətlər şirin, ayrılıqlar, Acıdır!

                  Daha nələr-nələr Acıdır?
                  Bu deyilənlərin hammısını, hər birimiz, milliyətindən, irqindən asılı olmayaraq bilirik,
                  bunların hammısı hər birimizə mə'lumdur!

                  Mətndə qeyd olunan, bütün təhlillər, araşdırmalar, müqayisələr, hallar, Acı ilə Acı,
                  Acı üstündə, Acıdır!
                  Bu hallar, Qəribədir, düşündürücüdür, maraqlıdır!

                  Amma yenə də, Qəribədir!

                  30.04.2016

                  ***

                  Bunlar qəribəliklər deyil, amma həqiqətlərdir...

                  Deyilir ki, Bütün Aləm, bizi əhatə edən Aləm, bizim bir payımız, bir hissəmizdir!

                  Qəribədir, Bütün Aləmlər, bütün Cisimlər, bütün varlıqlar, necə bizim bir hissəmizlə,
                  bizim bir hissəmiz ola bilər ki?
                  Çox maraqlı bir ifadədir, “Bizimlə biz, Onlarla biz!” (müəllifdən).

                  Ətrafa, bizi əhatə edən Aləmə baxdıqda, bütün varlıqların heç də, bir mə'nasız varlıq
                  olmadıqları aydınlaşır!
                  Bütün insanlar, bir çox hallarla sıx bağlılıqdadırlar!

                  Yer üzündə, insanın özünə aid olan Ağacı, rəng çaları, ədədlər arasında rəqəmi, qida
                  çeşidi, daşıdığı Adı, sənəti-peşəsi və s. onun özü ilə sıx bağlılıqdadırlar!
                  Bir neçə, məqama baxaq!

                  Xalq arasında belə bir deyim var, “Suda boğulan adam, saman çöpünə əl atar”, sözsüz
                  ki, bu deyim Məcazi mə'na daşıyır!

                  Yə'ni, saman çöpünün fiziki kütlə çəkisi, insanın fiziki kütlə çəkisindən qat-qat azdır,
                  aşağıdır! Bu səbəbdən suda olan o, həmin saman çöpü onu, o adamı xilas edə bilməz!
                  Mə'na e'tibarı ilə düzgündür, amma Məntiqi baxımından yanlışdır!
   329   330   331   332   333   334   335   336   337   338   339