Page 330 - Vahid Rzayev
P. 330

328




                  O, “Həqiqəti”, istəyən az, istəməyən isə, daha çoxdur!
                  23.04.2016

                  ***


                  Hər biri, ayrı-ayrılıqda, Acıdır...
                  Bütün məfhumlar, kütlə, cisim, varlıqıar acı daşıyıcısıdır!

                  Deyilən “Acı”, dad acısı olmayıb, İlkdən olan, Kökdən gələn, Yaranışdan olan, “Kök”
                  acısıdır!
                  Kainatda olan bütün küllü-kütlələr, Planetlər, Qalaktikalar hərəkətdədirlər.

                  Kainat nəyə deyilir?
                  Kainat dedikdə isə, müəyyən olunmuş sahədə (Oval tipli həndəsi quruluş daxilində),
                  mövcud olan, bütün küllü-kütlələrin,  Planetlərin,  Qalaktikaların,  Bürclərin  birgə
                  toplum, birgə hərəkətdə olan bütün varlıqların toplum halında olan sahəyə deyilir!

                  Kainatda olan bütün küllü-kütlələr nə səbəbə hərəkətdədirlər?

                  Onlara ilkdən, hərəkət verməyə də, bir mə'na da, olmalıdır!
                  Nədir mə'na, nədir səbəb?

                  Məsələ  burasındadır  ki,  Kainat  və  Kainatların  yaranmasında  İlkin  hal,  Böyük
                  Partlayışın nəticəsində, Kainatlar yaranıbdır!
                  Yə'ni Ağ İşıq Gücünün bir Toplum Gücü səbəbindən, Böyk Partlayış anı baş verdiyi
                  səbəbdən, Kainatlar yaranıb.

                  O, İlkin İşığın toplum gücü, ilkin mərhələdə heç bir ölçü vahidinə sığmayan, bir İşıq
                  Güc qədərində, bir başlanğıc istinadından (bir nöqtədən, ekspansiya), İşıq Partlayışı
                  nəticəsində baş vermişdir.
                  O,  həmin  İlkin  İşığın,  Partlatma  və  yayılma  gücü  konstruksiya  və  mexanikasına
                  baxdıqda, o, bir mərkəzdən iki yan istiqamətə, iki yan səmtə tərəf genişləndiyindən,
                  son nəticədə Oval tipli (yumurta), Elipsoid tipli, bir forma yaranıb.

                  O, Oval tipli olan, forma daxilində  bütün  Planetlər,  küllü-kütlələr  və  Qalaktikalar
                  sığıb. O, Oval tipli Kainatın bir Sərhədliliyi, bir Nəhayətliliyi də, mövcuddur!

                  Əgər  belə  olmasa  idi,  Kainatın  forması  haqda  heç  bir  söhbət  belə  mövcud  ola
                  bilməzdi və bütün planetlər basıq, oval tipli formanı da, daşımazdı!
                  Planetlərin  belə  bir  forma  bənzərində  olması,  həmin  planetlərin  Kainatın  oval
                  daxilində olasının, yaddaş daşıyıcısıdır!

                  Mətləbdən, uzaqlaşmayaq!
                  Qayıdaq, O, Böyük Partlayış anının, İlkin halına!
   325   326   327   328   329   330   331   332   333   334   335