Page 329 - Vahid Rzayev
P. 329
327
O, ərəfə, baxmaz Yaşa, baxmaz Başa!
Baş ağarmasa, Saç ağarmaz!
Başımız, O, İlkin İşığa Qayıtmasa, Ona Bağlanmasa, o, Ağarmaz!
O, İlkin, Ağlıqdan gəlmişik axı, necə də, Ağarmayaq ki!
Gəldiyimiz, O, Ağ Aləmi, saçlarımızla Ağla, təmsil edərik, deyərik ki!
O, Aləm bizə baxar, biz O, Aləmə baxarıq!
Ağ, Ağla bir-birini tapar, bir -birini Tanıyar, biri-birini, Soraqlayar!
31.03.2016
***
Пространство не меняется,
в Пространстве меняемся!
Другими не становимся, новыми Совершенными, становимся!
08.04.2016
***
Mühit dəyişilmir, Mühitdə dəyişilirik!
Başqalaşlb, başqa olmuruq, daha Yeni, daha da, Mükəmməl, oluruq!
08.04.2016
***
Demə ki...
Demə ki, yalan, iftira, məkr, aldatmaq, paxıllıq, qaranlıq, var ikən, yox kimidir!
Yox... yalan, iftira, məkr, aldatmaq paxıllıq, qaranlıq, var ikən, var kimidir!
Baxar ki, “onlar” kimlərindir, kimlərədir...
19.04.2016
***
Həqiqət...
Həqiqət!..
Olan həqiqətlərdən, bir Həqiqət də, elə budur!
O, “Həqiqət” nə şirin, nə acıdır!
Onun dadı yoxdur, çünki o olan həqiqət, həqiqətin özündə bir Həqiqətdir!
İstəsən də, istəməsən də, o, “Həqiqət”, dəyişməz, itməz, yox olmaz, öz “Qədərində”,
həqiqətin özündə bir Həqiqətdir!