Page 333 - Vahid Rzayev
P. 333
331
Acı bibər, İstiot miqdarı həddən artıq çox olduqda, insan həmin dəqiqə ağzı ilə
püləməyə başlayır. Sanki öz yaddaşında olan, soyuma həddini xatırlayır, nizamlayır!
İnsan yanıq xəsarətləri aldıqda, o nahiyəni çox sür'ətlə püləməyə başlayır!
Soyuqladıqda, soyuq dəydikdə isə, bürələnib isti mühit yaratmağa çalışır!
Bir halda püləyib soyudur, bir halda isə bürələnib, isti axtarır!
Ümumiyyətcə insan kədərlənəndə, sıxıntı keçirəndə, çox güclü sevinc anında
gözlərundən, yaş axır!
Bu hal insana və bütün canlılara, bə'zi hallarda isə, bitkilər aləmində də, müşahidə
olunur!
Nə baş verir bu halda?
Güclü həyəcan anında, vücud daxilində olan su miqdarı, anilikdə “acı” halına keçir!
O, “acı”, halın miqdarı kəskin artmasın deyə, bədəndəki su miqdarı anilikdə şor, şoran
həddə qədər, nizamlanır.
İnsan ağlayan anda, göz yaşı bu səbəbdən, Şordur!
Sevinc, rahat halında insan vücudu, şirin daşıyıcısıdır!
Bə'zən insan deyər ki, “qanım qaradır”, o, həqiqəti deyir!
Çünki kəskin əsəb, haqsızlıq qarşısında, bədəndə olan “acı kök”, daşıyıcısı, kəskin
aktivləşdiyindən, “qanım acıdır demir, amma qanım qaradır” - deyir.
Hər iki halda, insan olan halı deyir!
Qeyd:
Deməli nəticədə belə bir mə'na kəsb olunur ki, Azərbaycan dilindəki “Acmışam”,
ifadəsi, sözü, kəlməsi, mə'dədə hansısa ərəfədə, mərhələdə Acılıq Miqdarı
artdığından, insanda qidalanmaq ehtiyacı yaranmaqla, müxtəlif qida çeşidləri ilə, o,
“acılıq”, həddini vücudda azaltmaq, bərabərləşdirmək, nizamlamaq tələbi yaranır.
Deməli vücudda acı, şor, turş, şirin tələbləri bu səbəblərdən irəli gəlir.
Gör bir, bir canlı vücudu Yaratmaq və onu canlı Həddində saxlamaq üçün nə qədər
əlavə olaraq, köməkçi varlıqlar Yaratmaq labüdlüyü meydana çıxıb!
Çox maraqlı və çox da, düşündürücüdür o, halda ki, insan ancaq doğulub bir də,
ölmək üçün, Var edilməyibdir!
Maraqlıdır!
İnsan bütün qida çeşidləri hazırlarkən, bişirərkən, yemək duzu (natrium xlor), əlavə
edir.
Həddindən artıq duz miqdarı, duz məhlullarının son dadı Acıdır!
Geyim, paltarların çirkdən təmizləmək üçün istifafə etdiyimiz Sabun, Acıdır!