Page 337 - Vahid Rzayev
P. 337
335
Dədə Qorqud dövrü və ondan da, əvvəl ailədə körpə uşağa ad qoyma mərasimi
keçirilərdi!
Uşaq dörd yaşınacan, “onun (atasının adı ilə) oğludur, və ya, qızıdır”, deyə,
adlandırılardılar.
Uşaq dörd yaşına çatanda, ailə daxili məclis olardı, başqa adamlar də'vət
olunmazdılar.
O ərazidə xüsusi insan olurdu ki, o “Nücum, Ezoterika”, aləmindən xəbərdar olan o
insanı xüsusi olaraq evə də'vət edərdilər ki, Ad qoyma, Ad çağırma mərasimi
keçirilsin!
Adətən həmin, Ad çağırma məclisi, Gün orta (Günəş Zenitdə olanda), yaxud Günəş,
Qürub səmtə keçəndə, Gün tamamı ilə, batmamış, həmin Ad çağırma məclisi
keçirilərdi.
Maraqlı cəhət o idi ki, ailədə gündəlik hansı çeşid, hansı qida, hazırlayardılarsa həmin
gün də, addi qaydada, gündəlik yemək hazırlanardı.
Uşağın dörd yaşı tamam olan gün!
Həmin “Ad bilici”, ailə üzvləri ilə birlikdə əyləşib, addi söhbətlər edərdilər. Amma
həmin o uşaq mütləq onların arasında olub, öz uşaq oyunları ilə, addi qaydada
oynayardı.
“Ad bilici”, uşağın bütün hərəkət dinamikasına, oyunlarına, davranışlarına, sözlərinə,
çox diqqətlə amma, uşağın fikrini özünə cəlb etmədən göz qoyardı və nəticədə
deyərdi ki, “bu uşağın adı... (ad çağrılardı), öz adındadır, öz adı ilə yaşasın”.
Yə'ni belə bir mərasim Azərbaycan ərazisində, Azərlər arasında çox mühüm bir
Kainat icraatı kimi keçirilərdi.
Çox-çox sonralar, “Ayama adlar” kimi, bir əlavə Ad, çağırma da, mövcud olub!
10.05.2016
***
Günlərimiz...
Çox qəribədir:
Doğum günümüz, saatımız, ayrıdır!
Qulağımıza səsləndirilən, daşıyacağımız Adımız, “Ad günümüz”, ayrıdır!
Dünyaya gəldiyimiz günümüz, saatımız ayrıdır, Dünyadan ayrılıb gedəcəyimiz,
qayıdacağımız günümüz, saatımız ayrıdır!
Müxtəliflik Aləminə düşmüşük, hər biri, biri-birindən, ayrı - ayrıdır!
11.05.2016
***