Page 339 - Vahid Rzayev
P. 339
337
***
Cəmə-Cəm...
Cəmlə cəm, cəmlərlə-cəm!
“O”, Tək olmasa, necə olar, cəmdə-cəm?
“O”, Tək Yığar, Cəmdə-cəm!
“O”, Təkdən Başlar, Cəmlərlə-cəm!
“O”, Tək Yığmarsa Cəmdə-cəmi, necə olar Cəmlərlə-cəmi?
Cəmlər yığışarlar, cəm olarlar!
“O”, Tək Başlanğıcından, Bir də, Cəmlər arasında, Cəm olarlar!
16.05.2016
***
Bu Gün, Sabahdır...
Bu gün Çağrılan İşıq, sabahımız olacaq, Sabah bu günümüz olacaq, bu iki, İşıqlı
Sabahlar arasında, bizə qalan, bizə ayrılan “O, Aləmin”, İşıqlı, Sabahı olacaq!
O, Sabah, İşıqlı Həqiqətdir ki, o, “Sabaha” çatan, O, Bir Olan, Əbədiyyətdədir!
Bu, nağıl deyil, yanlış deyil, kim nələri necə istəsə, onlara qovuşandır!
Qaranlığa - qaranlıq, İşığa - işıqdır!
20.05.2016
***
Külək...
Axşamdan, çox güclü Külək əsir Bakıda!
Səhərdir, hələ də, külək əsir Bakıda!
Küləklər şəhəridir, Bakı da!
Küləkər olmasa, necə olar, Bakı da?
Əgər - Xəzrisi, Giləvarı, Şimal, Qərb küləyi, Olmasa,
o, küləklər əsməsə, necə olar Bakı da?
Küləklər şəhəridir, küləksuz olmaz, Bakı da!
Əgər, Küləklər əsməsə, necə olar onda, Bakı da?
20.05.2016