Page 338 - Vahid Rzayev
P. 338

336




                  Biz seçmirik...
                  Qəribədir:
                  Yer üzünə gəliş günümüzü, saatımızı, Ərazini, düşəcəyimiz ailəni, biz seçmirik!

                  Adımızı, daşımalı olcağımız Adı da, biz seçmirik!
                  Yer üzündən qayıdacağımız anı, günü, saatı da, əraziləri də, biz özümüz, seçmirik!

                  Çünki, deyilən halları, bizim özümüz, seçmirik!

                  Deməli, bu halların özünü və özlüyünü Nizamlayan, Ardıcıllaşdıran, bir Varlıq da Var
                  ki, ölüm gününü də, ölüm saatını da, biz seçmirik!
                  O, bizləri Seçir!

                  Deməli,  bu  gəldi-gedərlərdə,  bu  seçilmələrdə,  bu  Adlıqlarda,  sirli,  gizli,  örtülü  bir
                  mə'nalar da, var!
                  11.05.2016

                  ***


                  Həqiqətlər...

                  Haraya baxsaq, nəyə baxsaq da, olan bir Həqiqətdir!
                  İnsan həmişə, həqiqəti demək istəyir!

                  Amma yenə də, düşünülür ki, görəsən “həqiqəti” - deyir?
                  Bu səbəbdən həqiqəti, müxtəlif fikirlərlə yozuruq.

                  Amma gərək ki, həqiqət var!

                  Olmasa demərik.
                  Deyirlər ki, “o nisbidir”- bəlkə də!

                  O, Həqiqət nisbi olsa da, o yenə də, həqiqətdir!
                  Həqiqət!

                  13.05.2016

                  ***


                  Fəlsəfə...
                  Kainatın özündən gəldi Fəlsəfə!

                  Kainatdır Fəlsəfə, Kainatladır Fəlsəfə!
                  Kainat dili, Kainat Məntiqidir, Fəlsəfə!

                  Düşünüb, düşündürəndir Fəlsəfə!

                  14.05.2016
   333   334   335   336   337   338   339   340   341   342   343