Page 343 - Vahid Rzayev
P. 343

341




                  niyə  cismani  əzab  verir,  niyə  özünü  narahat  edir?  Sakit  dursun  ki,  hər  şey  səbr
                  üstündədir.
                  Səbri  mehribançılıq  gətirəcək,  azad  olacaq  qaranlıqlardan.  Azad  olacaqsa,  -  İşıqlar
                  içərisində İşıqları görəcək, varlıqlar içərisinə qalxacaq.

                  Darıxma bu gün ki, “yoxdur”, “alınmır”, “bu niyə belədir?”. Niyə darıxırsan? – indi,
                  hələlik, bu qədər yığıb (öz tale yükünü). Bir balaca səbrli olsun, qaranlıqdan özünü
                  birinci  növbədə  azad  eləsin,  -  onlar  da  alınacaq.  Qaranlıqların  bir  qismi  insanın
                  təfəkküründəki  şübhələrdir,  istəməməyidir,  özünü  İşıqlığa  qaldırmağının  ona  çətin
                  gəlməyidir.
                  Yaxud,  “mənim  3  külqabım  var,  qoy,  Fikrətinki  olmasın.  Gedim  bu  3  külqabının
                  yanına 2-3-ünü də alım gətirim, qoy, Fikrətin heç nəyi olmasın”. Nooldu? – bu, belə
                  olmaz  ki!..  Onda  eqoistliyi  başlamış  olur.  Beləliklə  fikirləşəcək  ki,  “özümü haraya
                  dartım ki, ta, elə məndən olmasın bu ətraflarda”. İnsanın varlığının olması üçün ətrafı
                  lazımdır.  Bu  ətraf  o deyil ki,  yalnız qohum-qardaşı, oğul-uşağı,  dost-tanışı  olsun,  -
                  vəssalam! Onda qaranlıqlara özünü daha da sürükləmiş olar. O, varlıqlar içərisindən
                  gəlib  bu  dünyaya.  Yoxsa,  fikirləşsə  ki,  “əh!  Fikrət  qaradır,  Vahid  bozdur,  o  birisi
                  sarıdır,  digərinin  gözü  belədir-elədir..,  elmlidir,  elmsizdir..”  Onun elmliliyini, ya
                  elmsizliyini niyə mühakimə edir ki, - hərənin öz anlmaq qədəri vardır. İndi, hələlik,
                  bu, o qədər dərk eləyir.

                  Elmi azdırsa, - kömək eləsin, o da qalxsın, dərk eləsin. Əgər, onun elmi yoxdursa, -
                  narahat olmasın, - çoxdan çoxu o da öyrənsin. Əgər, alimdirsə, akademikdirsə, vallah,
                  gedərəm onun qapısına! Soruşaram ki: “axı, mən, misal üçün, bu kulqabının burasını
                  dərk eləyə bilmirəm; səndən heç bir başqa şey istəmirəm, təkcə bunun bu hissəsini
                  mənə anlat”. O da çox sakitliklə dərk elətdirir ki: “bu, özü-özlüyündə elə bir varlıqdır
                  ki,  burası,  bu  hissəsi  olmasa,  varlıq  yarımçılıqda  qalmış  olur”.  Nə  itirmiş  olur?  –
                  bayaq  kulqabının  orasını  dərk  eləyə  bilmirdisə,  indi  onun  həndəsi  formasını  da,
                  kristallarını  da,  mexanikasını  da,  lap  elə  dinamikasını  da  dərk  edib,  ümumilikdə,
                  Kainatı dərk etmiş olur. Deməli, istər o akademikə, istərsə də küçədə oturub o saqqız
                  satana minnətdar olmalıyıq ki, onların hərəsi bir varlıqdır, bizim ətrafımızdadırlar və
                  bütövlükdə Vəhdətdəyik.

                  Böyük Yaradanın hər Deyiminin fəlsəfi forması, fəlsəfi cəhətləri var. Bu fəlsəfəliyə
                  qalxmaq üçün öz düşüncən ilə yerdən bir balaca qalxmaq, ayrılmaq lazımdır.
                  Yaranış haqqında söhbət
                  22.05.2016


                  ***
                  - Necəsən?


                  - Eh, nə bilim... elə “Olduğum”, kimiyəm...
   338   339   340   341   342   343   344   345   346   347   348