Page 335 - Vahid Rzayev
P. 335
333
Yuxarıda deyildiyi kimi, hər bir adamın özünə aid olan, bir xilaskar məfhumu var!
İnsanlar arasında belə bir fikir formalaşıbdır ki, bütün Bitkilər və Heyvanat aləmi,
ağılsız, şüursuzdurlar!
Onda yenə də, bir sual çıxır ortaya, əgər ki, həmin Bitkilər və Heyvanat aləmi belə
“şüursuzdurlarsa”, bizim onlardan qidalanıb bəhrələndiyimiz, buğdasından,
meyvəsindən, unundan, südündən, ətindən, yağından, yumurtasından, balından
istifadə etdiyimiz, Pambığından, İpəyindən e'mal etdiyimiz, ağacdan, taxtadan, məişət
avadanlıqları düzəltdiyimiz, inək, qoyun, keçi dərisini aşılayıb, onlardan geyim
düzəldib, “bu ilin dəb forması”, dediyimiz o əşyalar və s. onlardan, istifadə
etdiyimizdə bizim özümüz necə, onlardan bəhrələnib, sonda, “şüursuz, ağılsız”,
oluruqmu?
(Çünki, bizim özümüz canlı olaraq, onların var olmasından çox asılıyıq).
Qətiyyən yox, o səbəbdən ki, bütün varlıqlar, Bitkilər Aləmi və Heyvanat Aləmi ağıl,
şüur, yaddaş daşıyıcılarıdırlar!
Köklü olaraq o düşüncə yanlışdır ki, bitki və heyvanat aləmi, Ağılsız, Şüursuzdurlar!
Baxaq bir neçə hala!
Qarışqalar, torpaq altında yuva qurarlar! Bütün qarışqalar mövsüm ərzində,
yuvalarına azuqə daşıyarlar!
Yuvalarının giriş hissəsini elə bir mühəndis, me'mar ustalığı ilə, bağlayarlar ki, qışın
şaxtası, yazın əriyən qar suyu, yaz yağışları o yuvalara dolmaz, o qarışqaları məhf
etməz!
Baxaq quşlara!
Bütün Quşlar yuva qurar, onlar elə bir ağac çöplərini, budaqları tapıb biri-birinə
uyğunlaşdırar ki, nə yağış, nə külək, nə qar ağırlığı, o, yuvaları uçurub, dağıda
bilməz! (Ağıl, Şüur burda gərək).
Qayıdaq əsas məsələyə!
Bütün insanlar uğura, rahatçılığa, sakitliyə, ümidə, sevincə, sağlamlığa, möhtacdırlar!
Bizi əhatə edən Aləm içərisində, onların hammısı var, mövcuddurlar!
Çünki bu Aləmin özü də, elə onun üçün mövcuddur!
Elə yerdə, elə halda, elə məqamda, elə bir “o, saman çöpü”, bir budaq, bir ədəd, bir
rəqəm, bir rəng, bir ad, bir qida çeşidi tapılıb, ona bəxş oluna bilər ki, o, dönüb ona,
bir xilaskara çevrilər ki, insanın bütün həyatı uğurlarda yaşanar!
Bu material aləmdə, o, uğur istəklərimiz, onlarda, materiyanın öz təsnifatında örtülüb,
sirriləşdirilib, gizlədilibdir!
07.05.2016