Page 328 - Vahid Rzayev
P. 328
326
Günəşin şüası və istisi, Yer kürəsi üçün, yer kürəsinin xöşbəxtliyi, deyilmi?
Ananın dünyaya övlad bəxş etməyi, o, ananın xöşbəxtliyi, deyilmi?
Atanın, ailənin qayğısına qalmağı, o, ailənin əziyyətlərini çəkməyi, o, atanın
xöşbəxtliyi, deyilmi?
Müəllimin, şagirdləri ilə, tələbələri ilə, öz bilgilərinin bölüşdürməsi, o, müəllimin
xöşbəxtliyi, deyilmi?
Həyatla, ölüm arası, həyata ayrılan pay xöşbəxtlik, deyilmi?
Hammısı bir sevinc, hammısı bir gözəllik, bütün sevgilər, insanlar arasında, insanlığın
özü xöşbəxtlik, deyilmi?
“Xöşbəxtlik”, o demək deyil ki, oturduğumuz yerdə, səmadan varidat tökülsə əgər,
onda ona, xöşbəxtlik deyilə!
Yox, bu yanlış fikirdir!
Xöşbəxtliyin adı da var, özü də var!
O, nisbi olsa da!
O, xöşbəxtlik, hammının olur, amma heç kimin olmur!
O, “xöşbəxtlik”, dediyimiz hammı ilə sevinclə bölüşmədikdə, ola bilmir!
Bölüşmədikdə, onun olmur, ona, ondan pay qalmır!
Bu səbəblərdən, o nisbidir!
30.03.2016
***
Yalan da, həqiqət də...
Kiminsə “həqiqəti”, yalandır,
Kiminsə “yalanı”, həqiqətdir!
30.03.2016
***
Saçlar, ağarar...
Saç ağardı, yoxsa baş ağardı?
Yox, Baş Ağardı!
Baş da, ağarar ki?
Müddəti Çatanda, Müddət Ağarar!
O, Müddətdir ki, “Ağ Müddətində”, baxmaz Qadına, baxmaz, Kişiyə!