Page 324 - Vahid Rzayev
P. 324

322




                  22.03.2016

                  ***

                  Həyatdan küssəm, Həyat inciyəcəkdir...

                  Aləmlər gözəl, hər hal, hər varlıq gözəldir!
                  Varlıq - varlığa, diqqətə, qayğıya, möhtacdır!

                  Deyilir ki, bu Aləm, bütün Aləmlər canlı bir Aləmdir!

                  Təbiət canlı, bütün Varlıqlar canlıdır!
                  Nədir bu canlı, necədir bu canlı, nədədir bu canlı?

                  Torpaq canlıdır!
                  Torpağı  əkməsən,  şumlamasan,  suvarmasan,  məhsul  əldə  etməsən,  toplamasan,  O,

                  Torpaq  duzlaşacaq,  şoranlaşacaq,  acıyacaq,  Erroziyaya  uğrayacaq,  Torpaq
                  İnciyəcəkdir!
                  Gülə, gülzarlığa, baxmasan, qayğısına qalmasan, Gülzarlıq, İnciyəcəkdir!
                  Ağacların, meyvəsini, məhsulunu yığmasan, toplamasan, Ağac İnciyəcəkdir!

                  Gülün, rəngarəngliyinə baxmasan, rəngarənglik, İnciyəcəkdir!
                  Güldən, çiçəkdən, dərman, məlhəm, düzəltməsən, gül, çiçək, İnciyəcəkdir!

                  Gülü, çiçəyi, iyisini, ətrini, rayihəsini duymasan, Gül, Çiçək, İnciyəcəkdir!
                  Sevdanın, Sevgisini bilməsən, Sevgi, İnciyəcəkdir!

                  Məhəbbətin, Qədərini, dəyərini bilməsən, Məhəbbət, İnciyəcəkdir!

                  Dostluğun, gücünü, əzəmətini bilməsən, dostluq, İnciyəcəkdir!
                  İzdivacın, izdivac bağlılığını bilməsən, İzdivac, İnciyəcəkdir!

                  Yol salmasan, o, yolun qayğısına qalmasan, o yol İncidib, İnciyəcəkdir!
                  Suyun, mahiyyətini bilmək istəməsən, o, Su, İnciyəcəkdir!

                  Evin, şəhərin, kəndin, səhmanını, təmizliyini saxlamasan, Səhman, İnciyəcəkdir!
                  Günün İşığını görüb, gözlərin qamaşmasa, o, İşıq, İnciyəcəkdir!

                  Gecələr, sayrışan Ulduzlara baxmasan, Ulduzlar, İnciyəcəkdir!

                  Nə hasilə gəlirsə, istidən hasilə gəlir, İstiyə e'tinasız olsan, o, İsti, İnciyəcəkdir!
                  Daha nələr, nələrdən İnciyəcəkdir?

                  Dağıdıb viranə etsən, Viranələr, İnciyəcəkdir!
                  Bu həyatdan İncisəm, bu Həyat məndən, İnciyəcəkdir!

                  22.03.2016
   319   320   321   322   323   324   325   326   327   328   329