Page 321 - Vahid Rzayev
P. 321

319




                  Su  tək  yerə  yox,  bütün  Aləmlərin  birlik  hərəkəti  olduğundan,  Su  eyni  vaxtda
                  Təmizlik, Paklıq daşıyıcısıdır!
                  Deməli su yaddaş “daşıyıcısı”, olduğuna görə, bütün ayinlərin başlanğıcı su ilə başlar!

                  Su, nisbi nəm, nəmişlik, rütubət hardan gəldi ki, sonda oldu bir Pak, bir də Labüd?
                  Görün ki, nə qədər suallar çıxır ortaya!

                  Su,  nəm,  rütubət,  nisbi nəm  Kainatın ilkin  halıdır  ki,  bütün başlanğıclar  Kainatdan
                  başlar, Su ilə başlar!

                  Doğum  evində  Dünyaya  insan  gəlir,  o,  körpəni  ilk  anda,  suya  qovuşdurarlar,  onun
                  əvvəli Su ilə!
                  Dünyadan İnsan köçür, onun da sonu, Su ilə!

                  Niyə, Torpaqla yox, Su ilə?
                  Torpaq da, Suya möhtac olar, Suya, möhtac qalar!

                  Qəribədir bu hallar!
                  Kainat Yaranmasının ilkin halında, O Böyük Partlayışdan Kainatlar Yarandı!

                  O, İşığın Gücündən, İşıqlılıq Həddinin soyuma halında, Zərrələndi, Zərrələrin soyuma
                  halında, hər varlıq işığın Zərrə daşıyıcısı oldu.

                  Onların soyuma həddi arasına, nəmlər yarandı ki, ilkin İstini nizama salıb, bərqərar
                  etsin.
                  Suya  baxırsan,  parıldayır,  daşa,  torpağa  baxırsan  parıldayır,  dəmirə  baxırsan
                  parıldayır və s. nəyə baxırsansa, parlaq olub, parıldayır!
                  Suya üz tutub, Paklığı çağıraraq! Biz, İlki çağırarıq, ilkə qovuşmaq istərik, Kainatlara
                  o Paklıqla Yüksəlmək İstərik və Yüksələrik!

                  Paklıq mövzusu, o, qədər möhtəşəmlik daşıyır ki, Su qarşısında, Paklıq qarşısında, bu
                  səbəbdən, susmaq olmur!
                  İnsan, sənə uğurlar deyərlər, su kimi axar, su kumi qarşınızda heç bir maniyə olmasın
                  - deyərlər!

                  Çünki Suyun, nəmin, rütubətin, bir Zərrələrin, bir də İşığın qarşısında, heç bir maniyə
                  dura bilməz!
                  Kim  Yer  üzünə  gələli,  ovcunda  dən,  dənə,  tum,  toxum  gətirdi,  səpdi  Yer  üzünə?
                  Su gəldi, Suda gəldi!

                  Yaddaş gəldi, Suda gəldi, O, gətirdi!

                  Bitkiləri,  yaşıllıqları,  cücərtiləri,  bitənləri,  bitəcəkləri,  Su  özündə,  Gətirdi,  Su  da,
                  cücərtdi, bitirdi, ucaltdı!
                  Kim ovcunda, dən, toxum, bitki, tum gətirdi ki, Yer Üzünə?
   316   317   318   319   320   321   322   323   324   325   326