Page 304 - Vahid Rzayev
P. 304
302
Nə görünərsə, baxışdan, görünər!
Nəyə necə baxarsan, elə, Görünər.
Baxışların Marağı da, müxtəlifdir!
Biri var, gözlə baxırsan!
Biri var, Lupa ilə, baxırsan!
Biri var, Mikroskopla baxırsan!
Biri var, Teleskopla baxırsan!
Hər baxışda, Aləmlər var!
Hər baxışda, Maraqlar Aləmi, var.
Hər baxışda, ayrı-ayrı, Aləmlərə baxarsan!
Hər baxış Səmti, ayrı - ayrı Aləmlərə, baxış səmtidir!
Hər Aləmin, öz Aləmi var!
Hər Baxışla, ayrı-ayrı, Aləmlərə baxılar!
07.03.2016
***
Bax onu, bilmərik...
Biz, Yer aləminin, dəlisiyik.
Biz, bu Yer aləminin: rənginə, səsinə, havasına, gözəlliyinə, bəzəyinə, yaraşığına,
rəngarıngliyinə, avazına, hayına, küyünə, müxtəlifliyinə, alüdə olmuşuq, sanki onun,
bu aləmin, “dəlisiyik”.
Yer aləminə, dəlicəsinə vurulmuşuq, sanki onun, dəlisiyik.
Bilirik ki, bu Yer aləmi bizə, müvəqqətidir, bizlər burada, müvəqqətiyik.
O, müvəqqəti olanın, dəlisinə çevrilmişik, sanki bu aləmin, “dəlisiyik”.
Müvəqqətiliyimizin, bu aləmdə, müvəqqəti olduğumuzun, dəlisiyik.
Sevginin, məhəbbətin, ümidin, inamın, dəlisiyik.
Qəribədir, biz qəribəliklərin, müxtəlifliklərin, müəmmaların, sualların, şayələrin,
həsrətlərin, yeni xəbərlərin, dəlisinə çevrilmişik onların, dəlisiyik.
Bu gün, nələrisə belə istəsək, sabahsa, dünən istədiklərimizi, daha başqa cür istərik.
Amma, birdən, bir anda da, dönüb, acıq edib, heç bir şey də, istəmərik.
Amma, Yer aləminə, dəlicəsinə vurularlq, dəlicəsinə bu aləmə, bağlanarıq.
Elə zənn edərik ki, “hər şey, hər hal, bu aləm bizimdir”.