Page 305 - Vahid Rzayev
P. 305
303
Çünki, zənn etdiklərimizin, güman etdiklərimizin, fərz etdiklərimizin, ehtimal
etdiklərimizin, dəlisiyik.
Dəlicəsinə, mala - mülkə, əşyaya, şöhrətə, ada, titullara, bağlanarıq.
Sevgiyə, məhəbbətə, istəklərə, arzulara, dəlicəsinə bağlanarıq.
Biz, Yer aləmində olub, Yer aləminin, bu aləmin, dəlisiyik.
Qəribəyik...
Nəyi isə, sevərik.
Niyə?
Onu, bilmərik,
Nəyi isə, sevmərik,
Niyə?
Onu, bilərik.
Çünki, inciməyi, küsməyi, nifrəti, yaxşı bilərik...
Nəyə isə, alüdə olarıq.
Niyə?
Amma, bir niyə, bir də ki, nəyə, alüdə olmuşuqsa, onu, bilmərik.
İstəklərimiz, tez - tez dəyişdiyindən,
alüdəçiliyimiz də, istəklərimiz də, baxışlarımız da, tez dəyişiləndir.
“Bədbəxtlik”, elə bilir ki, Xoşbəxtlik var.
Kimsə - kimisə, öz baxışında, öz müqayisəsindən ölçərək, elə bilir ki, xoşbəxtlik elə
odur, onda var.
O, xoşbəxt bildiyi kəsdən də, xoşbəxtliyin özünü soruşsa, o da deyəcək ki, xoşbəxtlik
dediyin nədir ki, necədir ki, hardadır ki, o, nədə var ki?
Xoşbəxtliyin isə, ancaq adı var.
O, istəklərdə, kimlərləsə müqayisələrdə, ona baxışlarda, həsrətlərdə, arzularda,
axtarışlarda, olan bir duyğu hissidir.
“Xöşbəxt”, bidiyin də, sən də, səndən də, ondan da, başqa birisindən də, soruşsalar ki,
xöşbəxtlik nədir?
O da, deyəcək ki, o, “xoşbəxtlik” dediyin, hardadır, o, nədədir?
Bax, onu, o xoşbəxtlik nədə olduğunu, bilmərik.
Bir anda sevinərik, o anda, xoşbəxt olarıq?
Bir anda kədərlənərik, o anda, bədbəxt olarıq?
Bax onu, bilmərik.