Page 301 - Vahid Rzayev
P. 301

299




                  Səmtlərə baxdı o, insan, səmtlərdə axtardı biri-birini O, İnsan!
                  Yer  üzündə  artdılar  çoxaldılar,  dörd  səmtə  getdilər,  dörd  səmtdə  azmadılar,
                  karıxmadılar Günəş İşığı ilə, öz ərazilərinə döndülər!

                  Artdılar, çoxaldılar!
                  Yer üzündə, ilk dəfə insan Ölümü ilə, qarşılaşdılar!

                  Yenə  də,  sual  çıxdı  ortaya,  “nə  oldu  bu  igidə,  bu  cavana?”,  Dedilər  bu  cavanı,  bu
                  igidi, Can Aparan, Əzrail Öldürdü!

                  Yenə də, sual çıxdı ortaya, “bu Əzrail Nədir, Necədir ki, igid Öldürər?”. (Bax, Dədə
                  Qorqud dastanında “Dəli Domrula”, gör ki, nələr var orada).
                  Yer üzündə, ilk insan öldü, ilk məzar qazıldı!

                  O, ilk məzarın səmti Gün çıxan səmtə qazıldı.
                  O, məzarı işarə etdilər, Daş qoydular, o, daşın da, səmtini Gün çıxan səmtə işarə ilə,
                  qoydular!
                  Mə'nasını tapdılar!

                  İşıqdan, İşıq gələcək, Yer üzünə, yenə də, İşıqla, İşıqlı, İnsan Gələcək!
                  Həyat davam edirdi.

                  O, insan, o, ilk insan ətrafına baxırdı, ətrafını tanıyırdı!

                  Ərəfə  gəldi,  ərəfə  oldu!  Şımşək  çaxdı,  yağışlar  başladı,  ağaclar,  yaşıllaşdı,
                  tərəvətləndi! Yaz gəldi, yeniliklər gəldi, həyat yeniləndi!
                  Hava istindi, çiçəklər açdı, meyvələr yetişdi, həyat daha da, maraqlı, şirin oldu!

                  Hər  mərhələ  arasını,  yaz,  yay,  payız,  soyuqlar  arasını,  mərhələləri  başla,  fəslə,
                  yaddaşla, bilməklə, müşahidə ilə, əlamətləndirdilər, O, ilk İnsanlar!
                  Fəs dedilər, baş-yaddaşa dedilər, başda, müşahidədə, taparsan o dəyişən, mərhələləri!

                  Fəsil adlandırıb, Fəsillərə böldülər, Günəş istinadları ilə, Fəsilləri də, Dörddə dedilər!
                  Yer Aləmində, Dörd fəsil gördülər, dörd Fəsil tanıdılar!

                  Gün  Çıxan,  (Ağ),  Gün  Orta,  (Sarı),  Gün  Batan,  (Qara),  Gün  Düşməyən,  (Boz),  O,
                  Səmtlərin tərəfi, Dörd Səmtə - Səmtlənmiş, Yollar idi!

                  Zərlərdən,  Azərlərdən,  Babalamızdan  bizə  Saxlanılan,  bizə  Qalan,  bizə  Göstərilən,
                  Səmt Təyininin, İstiqamətlər Mirasından, idi!
                  01.03.2016


                  ***

                  İşıq və Qaranlıq!

                  Nəyi və nələri görə bilərik - “Qaranlıqla, Qaralıqda, Qaranlıqlarla?”.
   296   297   298   299   300   301   302   303   304   305   306