Page 297 - Vahid Rzayev
P. 297
295
Ağac, yarpaqlayır, meyvə verir, kölgə salır, sərinliyə kömək edir, amma ki, - ölmür.
Yaşıllıqlar, artır, çoxalır, törəyir, amma ki, - ölmür.
Yanacaqlardan, neft, qaz, daş kömür, torf, benzin, mazut, neft, o, faydalı qazıntılar və
s. artır çoxalır amma ki - ölmür.
Onlar, heç Yaşlaşmır da, heç qocalmır da, heç görkəmlərini dəyişmirlər də, olduqları
da, olduğu kimin də, qalırlar.
Bu deyilənlər, Yer aləmindən, getmir, uzaqlaşmır, onlar burda qalır, onlar ölmür,
tükənmir onlar, yox olmur.
“Törədən”, İşıqsa, törədici də, onun “Zərrəsidir”.
Onlar, artırır çoxaldır amma ki, özləri tükənmir, qurtarmır yox - olmurlar.
Çox qəribədir ki, niyə, nə səbəbə, bu törənənlər arasında, bir “İnsandır” ki, artır
çoxalır, burada qalmır, sonda isə deyirik ki, İnsan, “ölür”, o, İnsan, gəldiyi İşıq
aləminə bir də qayıdır, bir də yüksəlir.
Niyə Yer üzünə gəlmişdi ki, nəyə də, bir də, Yer üzündən, bir də, ayrılır ki?
Yerə gəlmişdisə, Yerdə törəmişdisə, elə törəniş kimi olsa da, o yenə də, Yer üzündən,
ayrılır, yenə də, əbədiyyətə qayıdır...
28.01.2016
***
Həm burada, həm də Oradayıq
Hər bir insan, hər bir bəşər, hər bir an, hər bir hərəkət, hər bir nəfəs, hər bir düşüncə,
hər bir baxış, hər bir iş, hər an, iki Aləm arasındadır!
Yə'ni həm burda, həm də, “Ordadır!”.
Bir haldaYəni ki, Əbədiyyətin Özündədir.
Bu insan, Əbədiyyətə tələsmir!
Çünki, Əbədiyyət Tələsmir, Əbədiyyət Tələsdirmir!
Hər an, həm burada, həm də, oradayq!
Bu səbəbdən, o Əbədiyyətə qayıdışa Vaxt-Zaman yoxdur!
Hər bir bəşər, nə vaxt, nə zaman qayıdar ilkinə?, onu Əbədiyyətin Özü bilər!
Çünki ona, vaxt-zaman olmadığında, o “qayıdış”, vaxta-zamana, bölünməz!
Qaldı ki, bəs nədir Əbədiyyət, necədir O, Əbədiyyət?
Sual bu idi.
O, mətn, o, yazı da, bədahətdən yazılmışdı!