Page 294 - Vahid Rzayev
P. 294

292




                  Təsadüfən deyə bilmərik,
                  Təsadüfən doğula bilmərik,

                  Təsadüfən ölə bilmərik.
                  Vaxtı - Zamanı, biz insanlar “icad”, etmişik.

                  Gündüzlə, Gecə arasına baxıb, vaxt - zaman demişik.

                  Günəş çıxdıqdan, Qüruba çatan anı, vaxta - zamana bölüb, onun arasını vaxta zaman,
                  demişik.
                  Sübh  günəşi,  Günorta  günəşi,  Qürub  anı,  gecə  anı  arasını  bölüşdürüb  ona  vaxt  -
                  zaman demişik.
                  Bu həqiqətənmi belədir?

                  Amma, deməmişik ki, bunlar müddətdədirlər, bunlar bir andadır.
                  Vaxtı - Zamanı biz insanlar “icad”, etmişik.

                  Öz icadımız, belə icadımız qarşısında da, həmişə özümüz də, aciz qalmışıq.
                  Özümüz - özümüzə bir sual vermişik, “nə vaxt?”, “nə zaman?”.

                  Əgər vaxt zaman olmuş olsa idi, o, sualı özümüz - özümüzə verməzdik.

                  Bu uşaq nə vaxt böyüyəcək?
                  Bu uşaq nə vaxt dərsə gedəcək?

                  Bu xəstəlik, bu həsrət, nə zaman bitəcək?
                  Olan insanın ömrü, nə qədər olacaq?

                  Bu əkdiyim əkin, nə vaxt yetişəcək?
                  Məhsul, olacaq ya olmayacaq?

                  Getdiyim bu yolun aqibəti necə olacaq?

                  Hamısı sualdır.
                  Çünki vaxt - zaman olmadığından, nə, nə vaxt baş verər, nə, nə ilə yekunlaşacağını
                  bilmədiyimizdən, özümüz öz sualımız qarşısında aciz qalmışıq.

                  Deməmişik ki, hər an, bir müddətdədir, müddətin özü də, bir andadır.
                  Bütün ölçülər, bütün  ömürlər, bütün hallar  vaxta  -zamana  sığsa idi  əgər, özümüz  -
                  özümüzə sual verərdikmi?

                  Təsadüfün özü də, yoxdur.
                  Təsadüfdən kainat yaranmadı.

                  Təsadüfən, Kainatın bu sahəsində Günəş, öz İşığı ilə, öz Yerini tutmadı.

                  Təsadüfdən, planetlər hərəkət etmədi.
   289   290   291   292   293   294   295   296   297   298   299