Page 293 - Vahid Rzayev
P. 293
291
Belə tərtibat, belə quruluş, belə Kainat mexanikası, Kainatda olan, bütün Planetlərin
birgə hərəkət qanunu, olmasa idi, onda, olan bütün hallar, olan bütün ardıcıllıqlar da,
nəzarətdən çıxar, bununla da, Kainatların sonu olardı.
İlkindən o Böyük partlayışın bir hədd qədəri, olmasa idi, o partlayışın partlayış
gücünün dalğası dayanmadan yayılar və son nəticədə, güc dalğası, genişlənə -
genişlənə, özü - özündə də, sönə bilərdi.
Amma ki, deyilən bütün bu hallar, onu aydınlaşdırır ki, Böyük Partlayışı, heç də,
düşünülmədən, bu halın aqibətinin nə ilə nəticələnə biləri, onun yekunlaşmasının, çox
- çox Böyük olan, çox Böyük mə'nalar Sahibi, o, Böyük Əzəmət Sahibi, ancaq O,
yerinə yetirə Bilərdi.
Həmin o Partlayışın mexanikası onunla nəticələndi ki, o böyük partlayışın
sərhədliliyindən, partlayışın dalğa gücünün sonluq sərhədliliyindən, o ilkin, İşıqla
təkan Vericiyə, o Mərkəzə, “O” - na, qayıdıb qovuşmaqla, İşıq Sahibinə, Yaradıcı
Sahibə, altı səmtdən, altı tərəfdən, “O”- nun, Özünə öz Varlığına, qovuşmaqla,
özbaşınalıqdan, qarışıqlıqdan, bütün kütlələrin, bütün Planetlərin, bütün
Qalaktikaların, hədsiz genişlənməsinə və bir - birinə, yaxınlaşmasına, və yaxudda ki,
bir - birindən uzaqlaşmasına səbəb olardı.
Bu sadə səbəbdən, bütün varlıqlar, altı səmtdən, tək Onun Özünə, Öz İdarəçiliyinə,
Öz Nizamına bağlıdırlar!
25.02.2016
***
Olmayan, vaxta - zamana, necə sığarıq?...
Vaxtsız, zamansızlıq əhatəsindəyik.
Necə vaxta, zamana sığarıq?
Hər hansı bir hal baş verərsə, o, bir anda baş verər.
Vaxtda - zamanda yox, bir olan, anın ölçüsündəyik.
Sevərik bir anda,
dönərik bir anda,
rastlaşarıq bir anda, vidalaşarıq bir anda,
Yer aləmindən ayrılarıq bir anda.
Vaxt - Zaman yoxdur, müddət var.
Bütün hallar, müddətlər arasına bölünər, anda cəm olar.
Bu səbəbdən, təsadüf də, yoxdur. Təsadüfən biri-birimizə rast gələ bilmərik.
Təsadüfən, biri - birimuzdən uzaq ola bilmərik.