Page 299 - Vahid Rzayev
P. 299
297
Qəribə bir Aləmdəyik!
Əhatəmiz, Ətrafımız, Rənglərimiz İrqlərlə, Rəngbə-Rəng!
Dişlərimiz, Göz içərisi, Sümüklərimiz, İliklərimiz isə, Ağappaq!
Amma, insana, Yaranışına, bəxş Olunan Ruhi İşıq Payı da, Ağ Rəngdə olduğundan, o,
biri Aləmə Ağ İşıq Aləminə də, qayıdarkən, həmin O, Ağ İşıq Payı ilə, Qayıdar!
Çünki, O, Əbədiyyət Aləmi, Ağ İşıqda olub, heç bir rəng Çalarında Olmadığından,
hər bir qayıdan, O, İlkinə Ağ İşıq Aləminə, Qayıdar!
29.02.2016
***
Cəhətləri, Fəsilləri, necə təyin etdilər, O, İnsanlar?
Bir çox hallar, bir çox əlamətlər, Yer üzünə yaddaş oldu, o, ilk İnsandan!
Cəhətləri - Yer üzündə tapdı, O, İnsan, marağından!
Fəsilləri - Yer üzündə tapdı, O, İnsan, müşahidələrindən!
O, çox-çox Qədim Dövrün insanına, maraq güc gəldi!
Bilmək sualı, maraq sualı, özündən, öndə dayandı!
Baxdı-baxdı, düşündü!
Görəsən bu çayın o biri tayından sonra, nələr var?
Bu dağdan sonra, bu dağın arxasında, nələr var, kimlər var?
Döndü, arxa tərəfə, ətrafına baxdı!
Baxışı ilə, maraq dayandı!
Nələr, kimlər var orada, daha kimlər ola bilər orada?
Hər sual bir maraq, hər maraq bur sual yaratdı O, ilk insanda hər səmtə, hər tərəfə!
Günəşi, sübhdən gördü, sübhə baxdı, maraq götürdü, maraq bürüdü!
Günəşə, (Qu-n), Qu - İşıq dedi!
Baxdı, müşahidə etdi, Qunla - Günəşlə, üz-üzə durdu, Günəş səmtinə dayandı!
Günəşlə, üz-üzə durdu, maraq bürüdü!
Niyə Günəş bu səmtdən, Sol qolum tərəfdən boylanır?
Sol tərəfimdən, sol qolumdan boylanan Günəş, mənim boyumu niyə, kölgə ilə, sağımı
göstərir?
Həmin Günəş başımın üstündə dayananda, Gün ortada olanda, kölgəm uzanmır,
kölgəm görünmür?
Bir mən, bir də, Günəş olur?