Page 303 - Vahid Rzayev
P. 303
301
Nə gördük, - onu, İşıqda gördük.
Nəyi gördük, - onu, İşıqla gördük.
Nəyə baxdıq, - onu, İşığın əksində gördük.
Planetləri gecələr, niyə işığa bürəli görərik?
Çünki, Kainatda olan bütün planetləri, Zərrələr toplumunun, sıxlıq gücünün
əhatəsində, görərik.
Onları bizə İşıqlı edən, İşıqlı da, göstərən, Zərrələrin toplum halıdır.
Nə, İşıqsızdır ki,
nə gücsüzdür ki,
nə hərəkətsizdir ki,
nə işlək deyil ki?...
02.03.2016
***
Kainat və İnsan...
İnsan Kainata baxıb, onu necə görərsə, Kainat da, onu elə görər.
Nə deyər, nə danışarsa,
Kainat onu elə “dinləyər”, kiminə - kiminləsə, kiminə isə, nə iləsə, özü ayırar, onun
özü çatdırar.
Kainatı necə dərk edib, necə qəbul edəriksə, Kainatda da, elə qəbul olunarıq.
Pisə - pislə, yaxşıya - yaxşı ilə, Kainatın özü, onu elə yaddaşında saxlayır.
Cəza istəməsək, cəza almarıq.
Kainat cəza üçün yaranmadı, Kainat cəza üçün “yaratmadı”.
Biz istəklərimizlə, o, “istəkləri”, istəyərik.
Nə istəsək, necə istəsək, Kainatdan onu gözlərik, ona qovuşub, ona çatarıq.
Öz istəklərimiz oraya, elə çatar.
Həqiqətdə, Kainatın özü də, bir güzgü kimindir.
02.03.2016
***
Baxışlar var...
Nə baxılarsa, Baxışla, baxılar!