Page 302 - Vahid Rzayev
P. 302
300
Hər nəyi görsək, Görərik - “İşıqda, İşıqla, İşıqlarla!”
02.03.2016
***
Bütün varlıqlar, İşıqdandır, İşıqladır...
Nəyə baxırsansa, - İşıqdadır,
nəyə baxırsansa, - İşıqladır,
nəyə baxırsansa, - İşıqlıdır.
Kainata da, baxırsan, - İşıqdadır.
Qalaktikalara baxırsan, - İşıqladır.
Planetlərə baxırsan, - İşıqlıdır.
Nə İşıqsızdır ki, nə İşığı, əks elətdirmir ki?...
Hər nəyə baxırsansa, hər nəyi görürsənsə, ancaq özündən, İşıq əks elətdirir.
Cisim İşıq, kütlə İşıq, varlıq İşıq, bütün aləmlər, İşıq, onlar İşıq içərisində, İşıq.
Günəş öz kütləsinə görə İşıq saçır, Günəşin, haləsi də, İşıq saçır.
Günəş onun, öz əhatəsində olan planetlərə, İşıq saçır.
Günəş, bütün Kainata İşıq saçmır.
Günəş onu, əhatə edən Planetlərə, öz əhatəsi qədərində, İşıq saçır.
Gecələr, göylərə baxırsan.
Bütün Planetlər də, bütün Bürclər də, bütün Qalaktikalar da, İşıq saçır.
Məsafələrə görə, onlar, bir - birindən çox - çox uzaqdırlar.
Günəş onlara İşıq saçmır.
Günəşin İşıq qədəri, o Bütclərə çatmır, onlara Günəş, öz İşığından, saçmır.
Heç o Qalaktikalarda olan, o, Planetlərin özləri də, Günəş deyil.
Amma, baxırsan ki, o planetlər də, elə təsəvvür yaranır ki, sanki onlar özlərindən, İşıq
saçır.
Baxırsan ki, heç Kainat da, qaranlıqda deyil, zülmətdə də, deyil.
Kainat qaranlıq olsa idi əgər, onda, axşamlar da, gecələr də, göy Qübbəsi, görünməz
olardı.
Ulduzlar görünməz, Bürclər görünməz, Süd yolu, Saman yolu, Ağ Kəhkəşan
görünməz olardı.
Axşamlar, gecələr, zülmətə düşər, qaranlığa düşərdik.
Onda Kainat, Ulduzlar, Qalaktikalar, zülmətə bürələnərdilər.