Page 306 - Vahid Rzayev
P. 306
304
O, “bədbəxtliklə”, o, “xoşbəxtliyin”, meyarı, ölçüsü, məsafəsi, miqyası yoxdur.
Onun ölçü miqyası varsa, o miqyas nə ilə ölçülər, o, harda var?
Bax onu, bilmərik.
Amma biz onun, onları tez - tez deməyimizin, təkrarlamağımızın, alüdəçisiyik.
Amma ki, “xoşbəxtlik vardır”, deyərkən, o “xoşbəxtlik” adını da, tə'kidlə, deyərik.
Bax onu, sakit - sakit, astadan, deyərik...
Çünki, qorxaraq ki, o “xöşbəxtlik” dediyimiz, öz xoşbəxt adını eşidər, o, “xoşbəxtlik”
də, bizdən uzaq düşər.
Elə bağlantılarımız, elə alüdəçiliklərimiz olar ki, onlar bizi, məhf də, edə bilər.
Elə alüdəçiliklərimiz var ki, onlar dönər bizi yüksəldər, elə onda da, yüksələrik.
Amma, hansı həddə qədər, hansı sərhəddə qədər, yüksələrik, elə onu, bilmərik.
Yüksəlməyənə qədər, onu, o, mərhumiyyətləri, o, həsrətləri, yaxşı bilərik.
Amma ki, yüksəlməyə çatsaq əgər, onda daha çox, keçmiş halı unudar, çox halın
qarşısında, daha “mənəm”, deyərik.
Qəribəyik...
07.03.2016
***
Fəza, Boşluq
“Fəza” - Boşluq demək, deyil!
O, İstinadlara söykənməyən, Şaquli və Üfiqi baxışda olmayan və əlavə olaraq, heç bir
köməkçi Elementlərə ehtiyacı olmayan, Səmavi Aləmin Özünə söykənən, Həndəsi
Yanaşmadır, Quruluşdur!
O, yerlə yox, Kainat Həndəsəsinin, bir Elementidir!
Səmada, Fəzada, Göylərdə olan bütün Küllü-Kütlələr, Planetlər, Qalaktikalar, biri-biri
arasında, həmahəng sür'ətdə və sərbəst, birgə hərəkətdədirlər!
08.03.2016
***
Sübuta ehtiyacı olmayan, sübut
Mətn yazılarında, Postulatlıq - “Sübuta ehtiyacı olmayan, sübut” - (məsələn: həyat-
ölüm, isti-soyuq, böyük-kiçik, ağ-qara və s.) düşüncə, dəqiqlik, məntiq o, məntiqdən,
mə'naya çatmağın, çatdırmağın özü də, sadə deyil!