Page 309 - Vahid Rzayev
P. 309

307




                  O, mə'nada ki, bu an, həmin an, bütün Kainat sistemi, bizim danışığımızı, “eşidir də,
                  dinləyir də, daha bilir də”.
                  Bu səbəbdən, insan, canlı varlığı, Kainatdan qopa bilmir.

                  İnsan, müstəqil yox, amma “mütləq olan”, azad yaranışdır.
                  O, mə'nada ki, anatomik - bioloji varlığı, qüsursuz, mükəmməl, yaranışdır.

                  Amma, bütün hallarda, ətrafına möhtac, varlıqdır.

                  Canlı, yatmağa möhtac,
                  - qidaya,

                  - istiyə,
                  - soyuğa möhtac.

                  Rəngə, səsə, təmasa, duyğuya (lamisə), tumara, ağrıya, həsrətə, nigarançılığa, ümid
                  etməyə, bir baxışıdır.
                  Eyni vaxtda, gecəyə, gündüzə, Kainata son nəticədə, Yaradanına möhtacdır!

                  Bir düşüncələri isə, möhtaclıq düşüncələri, özü ilə, özünündür.

                  O düşüncələrinin hesabına, axtarır - tapır.
                  İnsan,  maraqlanır,  icad  edir, qurur -  quraşdırır,  mühakimə  edir,  yazığı  gəlir,  bə'zən
                  bağışlayır, bə'zən isə, heç bağışlamır da.

                  İddialar edir, özündən razı qalır və s. və i.
                  Düz deyilib ki, insan həm möhtac, həm də ki, mütləq olan bir varlıqdır.

                  Nəyi necə düşündüsə, o düşüncəsini də, əsas bilir.
                  Çünki, insan varlığı, “robot”, deyil ki, və knopka -düymələri də, yoxdur ki, Kainatdan
                  onun, hansısa bir düyməsini sıxsınlar ki, “bunu et”, hansısa düyməsini, sıxsınlar onu,
                  “söndürsünlər”, ki, “bunları isə, eləmə”.

                  Bu  səbəbdən  də,  hər  addımımız  da,  hər  baxışımız  da,  hər  nəfəsimiz  də,  hər
                  düşüncəmizə də, cavabdehlikdə dayanar, cavabdehlik daşıyar!

                  Bu  mə'nada  düzgündür  ki,  insan  bir  çox  hallara  möhtac  ola  bilər,  ancaq  ki,
                  düşüncələrində, davranış və hərəkətlərində, azaddır və müstəqildir!
                  08.03.2016

                  ***


                  Gül, çiçək...

                  Niyə xanımlara, Qadınlara gül, çiçək, hədiyyələr, bağışlayırlar, təqdim edərlər?
                  Çünki, onlar rəngarəngliyin, zərifliyin, gözəlliyin, yaraşığın, daşıyıcılarıdırlar.
   304   305   306   307   308   309   310   311   312   313   314