Page 314 - Vahid Rzayev
P. 314

312




                  Onlar  da,  yüksəkliklərdə  uçarkən  də,  başlarını  qaldırıb  da,  özlərindən  yüksəklərə,
                  səmalara baxıb da, həsrət çəkər...
                  Onlar da, düşünər ki, bu zirvədən yuxarı, bu səmalarardan yuxarı, daha hansı Səmalar,
                  daha hansı, Zirvələr var?

                  Kosmik tədqiqat uçuşları, Kosmosa uçuşlar, bu ərəfədə, yerinə yetirilməkdədir.
                  Bu uçuşlar, indiki mərhələdə o, sahənin Zirvəsidir.

                  Amma, Kosmik aparat içərisində olan, kosmonavt da, Kainata baxar, o da sual edər, o
                  da, özünə sual edər, “bundan yuxarı görəsən, daha nələr var?”.

                  Zirvədən, Zirvələrə yüksələrik, bunlar mümkündür.
                  Amma ki, Kainat zirvələrinə çatarıqmı?

                  Bütün Zirvələr, zirvələrin içərisində, olan zirvələrdir.
                  Hər zirvəyə yüksəlmək, çatmaq isə, yenin- yeni, zirvələrin yoludur.

                  Hər  hansı  bir  zirvəyə  çatmaq,  yüksəlmək,  o,  zirvədə,  marağın,  axtarışın  zirvəsinə,
                  çatmaqdır.
                  Zirvə sənin deyil.
                  Sən zirvədəsənsə, deməli onda, sən, o zirvəninsən.

                  Kainatları  İdarə  edən,  Ağ  işığın  zirvəsinə,  onun  bilgilərinə,  bildiklərinə,  onların
                  cəminə çatmaq isə, mümkünsüzdür.

                  Onlara,  yüksəlmək  olar,  onları  bilmək  olar,  amma  ki,  onlar,  sənin  özününkü,  ola
                  bilməz!
                  10.03.2016

                  ***


                  Həyat?...

                  Nədir həyat, necədir həyat?
                  Bilib,  bilmək  üçündür,  həyat,  öyrənib,  görüb,  müqayisə  edib,  müşahidə  etmək
                  üçündür, həyat.

                  Doğulub, bir də, ölmək üçün deyil, həyat.
                  Axtarıb, öyrənib, bilib - bilməklə, Yer aləmindən bilməklərlə, qayıdılandır bu, həyat.

                  Nədir həyat, necədir həyat?
                  Bir doğulub, bir də, ölmək üçün deyil, həyat!

                  İşıqdan gəlib, İşığı görüb, İşığa qovuşmaq üçün, İşığa bir də qayıdışdır, bu Həyat!

                  İşıq, Şeytani ola bilməz.
   309   310   311   312   313   314   315   316   317   318   319