Page 315 - Vahid Rzayev
P. 315

313




                  İşıq şeytani olsa əgər, onda, bütün Aləmlər, qaranlığa, bir də, zülmətə bürələnər...
                  Zülmətə bürələnmiş həyatda isə, heç bir həyat olmaz, əksinə həyatsızlıq olar.

                  Onda zülmətin özü, öz zülməti ilə, özü - özünü, elə Özündə - özünü, özsüz edərdi.
                  İşıq yoxsa, Həyat yoxdir.

                  İşıqdan - İşıq yoxsa, İşığın - İşığa qayıdıb, qovuşması da, yoxdur.

                  Budur Həyat, İşıqla - İşığın arasındadır, Həyat!
                  10.03.2016

                  ***


                  Dayanarlar, yan-yana
                  Dağ silsilələrində, Dağlar dayanarlar, yan-yana!

                  Zirvələnərlər, zirvələrlə dayanarlar, yan-yana!

                  Ağaclar da, dayanarlar yan-yana!
                  Zirvələnərlər, zurvələrlə dayanarlar, yan-yana!

                  Hər birinin öz zirvəsi olar, Zirvələr dayanarlar, yan-yana!
                  Zirvələr “var”, deyərlər bizlərə, zirvələrdən zirvələr var, “pıçıldayarlar”, bizlərə!

                  Hər zirvə, zirvələri açar, bizlərə!
                  Bir zirvə, yanda olan zirvələri göstərər, bizlərə!

                  Dağlara, Zirvələrə boylanarıq!

                  Asan deyil, yüksələsən Zirvələrə!
                  O, dağların, o, ağacların özlərində də, nə qədər canlı sığar, o, dağlara, o, budaqlara?

                  Onlar da, o, canlılar da, boylanarlar Zirvələrə!
                  O dağın, o ağacın, zirvələri arasında, Əzəmətlənərlər!

                  Dağlar, Ağaclar, onlar bəyan edərlər bizə, zirvələri!

                  O dağlar, o ağaclar yan-yana dayanar, Zirvələnər!
                  Onlar da, yan-yana dayanmağı, “pıçıldayar”, bizlərə!

                  Hər biriniz bir “zirvəsiz”, dayanın yan-yana!
                  Babalarım kimlərdən, nələrdən öyrəndi Elmləri, bu Aləmin sirlərini?

                  Dağlara baxdı, dağlardan öyrəndi sirləri!
                  Ağaclara, meşələrə baxdı, öyrəndi sirləri!

                  Gecəyə baxdı, Gündüzə baxdı, Günəşə baxdı, öyrəndi sirləri!

                  Axar sulara baxdı, Buludlara baxdı, Çaxan Şimşəklərə baxdı, öyrəndi sirləri!
   310   311   312   313   314   315   316   317   318   319   320