Page 313 - Vahid Rzayev
P. 313
311
- maraq sahələri də, belədir.
- bilmək istəmək sahəsi də, belədir.
Maraqdan, maraq axtarışları, bütün sahələri ayrı - ayrılıqda, onları bilmək marağı,
üstün gələcəkdir.
Hər Dağa da, hər Zirvəyə də, yüksəlmək də, asan deyil.
Alpinist, dağa, Everestə çıxmaq üçün, öz yolunu, öz istiqamətini, seçir.
Zirvəyə çatmaq üçün, çiynində aparmalı olacağı yükün, kütlə çəkisini, öz gücü
arasında, hesablayır.
Ondan sonra, o, dağa, o, Zirvəyə üz tutur.
O, zirvəyə yüksəlmək də, asan görünməsin, o da, asan deyil.
O, Dağ zirvələrinə, yüksəlmək üçün də, üslublar var.
Elə üslub var ki, ayağının pəncəsindən istifadə edəcəkdir.
Elə yer var ki, ayağının bütün sahəsindən istifadə edəcəkdir.
Elə yer var ki, ancaq əl barmaqlarından istifadə edəcəkdir.
Elə yer var ki, öz yükünü, çiyinlərindəki çəki yükünü, zirvəyə doğru yüksəltməyə,
çalışacaqdır.
Son nəticədə, o, həmin “Zirvəyə”, yüksələcəkdir.
Koranə olaraq, üslub axtarmadan, üslub bilmədən, hansısa bir sahəyə can atmaq, qalıb
olacağam, demək deyil.
Yüksəlsən sən, hər hansı bir zirvəyə sən, onda başını qaldır o, zirvədən yüxarılara
bax, Səmalara, Göylərə bax hələ, onda görəcəksən ki, araşdırılıb bilməyə nə qədər
zirvələr var hələ...
O, zirvə, öz zirvən bildiyin, sondurmu daha?
Yox, o zirvədən sonra, hələ nə qədər, zirvələr vardır, hələ.
Elm aləmi də, belədir.
O, Elmin o, sahəsində, onun zirvəsinə, yüksəlmək var.
Axtarışının, tapdıqlarının öz yüksəklikləri var.
Bütün Zirvələrə yüksəlməyə, hələ vaxt var.
Şahin də, Qartal da, Çalağan da, yüksəkliklərdə uçar, özündən aşağılara baxar.
O, hündürlüklər, onlar üçün zirvədir.
O, sahədən, o, hündürlükdən, ondan da, yuxarılara qalxmağa, onlar üçün,
mümkünsüzdür daha.
Baxma ki, onlar yüksəkliklərdə uçar.