Page 300 - Vahid Rzayev
P. 300
298
Gün əyiləndə Batmağa, niyə kölgəm Günəş işığı ilə, indi də, solumu, Gün çıxanı
göstərir?
O, Günəş, Solumdan Çıxanda, Gün ortada duranda, O, Günəş, əyiləndə batmağa, yenə
də, arxa səmtimdə mənim kölgəm görünmür?
O, İnsan, çox qədim insan, Günəş hərəkətini, Günəş İşığını, öz kölgəsində tə'yin
edirdi!
O, ilk insanın hər tərəfi sual, hər tərəfi maraq!
O, İlk insandan bizə Miras qaldı, hər tərəf sual, hər tərəf maraq!
Maraqları, sualları arasında, o, insan özünü tanıyıb, özünü tapırdı!
Bilmək maraq!
Öyrənmək maraq!
Araşdırmaq maraq!
Tapmaq, yenə də, Maraq!
Maraqdan, o insan hərəkətə gəldi, axtarıb, araşdırıb, bilmək marağı, üstün gəldi!
O, dağın arxasında nə var, o dağın arxasında daha kimlər var, sualı ilə, axtarmağa
başladı!
Axtarışa çıxdı, Günəşi isə, özünə, yol yoldaşı seçdi!
Günəşlə üz-üzə durdu, Günəşi işarə üçün həmişə sol qolu tərəfində, işarə bildi!
İrəlilədi, Günəşə tərəf getdi!
Günəş sol qolu istiqamətində idi, yadında, işarə etdi, getdi baxdı öyrəndi, geriyə
qayıdanda, yenə də, Günəş İşığı, sol qolunu işıqlandırdı!
Getdi, irəlilədi Günəşlə, getdiyi yerdən, geriyə qayıtdı, yenə də, sol qoluna düşən,
Günəş işığı ilə!
Gecəyə düşdü, karıxmadı, qorxmadı!
Göylərə baxdı, o, Ulduzlara baxdı, onların quruluşuna, səmtinə baxdı, yenə də, öz
yolunu tə'yin etdi, öz yolunu, yenə də, tapdı!
Səmtlərə ad qoydular, adla adlandırdılar!
Gün çıxan, Gün orta, Gün batan!
Çox-çox sonralar o Cəhətlər adlandırıldı belə:
Gün, çıxan - Şərq!
Gün orta - Cənub!
Gün batan - Qərb!
Bir də - Şimal!