Qədim Gəmiqaya-Qobustan əlifbamız

Print Friendly, PDF & Email

Əjdər Fərzəli(Əjdər Əliş oğlu Fərzəliyev, 1937-2011) 40 ilə yaxın apardığı tədqiqatlar nəticəsində Naxçıvanda-Gəmiqayada qayaüstü yazılarda və Azərbaycanın digər bölgələrində  Qədim Əlifbamızı kəşf etmişdir.Bu kəşflərin müəllifi olan görkəmli alim  AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi olmuş, filologiya elmləri namizədidir. 
        Əjdər Fərzəli ümumən 19 kitabın, o cümlədən “Dədə Qorqud” seriyasından 3, “Gəmiqaya-Qobustan” seriyasından 4 elmi kitabın,  300-dən çox elmi və  elmi- populyar məqalənin müəllifidir. 

   Mövzu ilə əlaqəli materialların bir qismi məqalənin sonunda göstərilmişdir.

          a) Гямигая-Гобустанский алфавит

b) Gəmiqaya-Qobustan əlifbası

Qeydlər:

·        Təqdim olunan əlifba müəllifin rus dilində nəşr olunan «НОЕВ КОВЧЕГ И ГЯМИГАЯ-ГОБУСТАНСКИЙ АЛФАВИТ»(“Nuh gəmisi,Gəmiqaya- Qobustan əlifbası”); Баку – 2014 kitabında (səh 14) öz əksini tapmışdır.

·        Kitab 2014-cü ildə “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyinin(“AqRa” EİDİB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihə əsasında“QHT Nəşriyyatı”  MMC-də təkrar çap edilmişdir(1-ci nəşr: Qapp-Poliqraf, Bakı 2005).

·        Kitabın geniş elmi müzakirəsi 22.04.2015-ci ildə AMEA-da akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti alimlərinin qatılımı ilə video konfrans formatında keçirilmiş və müəllifin araşdırmalarına yüksək qiymət verilmişdir.

·        Diqqətinizə A-4 formatında təqdim olunan həmin Qədim Əlifbamız əməkdar incəsənət xadimi,rəssam-sənətşünas alim Ziyadxan Əliyevin rəhbərliyi və Aytən Xəlilovanın iştirakı ilə, orijinal olaraq saxlanılmışdır.”AqRa” EİDİB-in xahişi ilə kitabı nəşrə hazırlayan “Ziya” NPM isə (Sevda xanım Mikayılqızı və Şamil Qurbanov), həmin Qədim Əlifbamızı A-2,A-3,A-4,A-5 formatlarındaazərbaycan və rus dillərində tərtib etmişdir.Arzu edənlər “AqRa” EİDİB-yi ilə əlaqə yarada bilərlər (övraqın əlaqə və qalareya bölümləri). Onlara və bütün digər yardım edənlərə TƏŞƏKKÜRLƏR Kİ, Təşəkkürlər!!!

“AqRa” EİDİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.