Bir Neçə Söz

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və […]

Həzrəti Nuhun xilaskarlığı və Gəmiqaya-Qobustan əlifbası –32 hərf: 9 sait, 23 samit

Fikrimcə, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları bir-birinin ardınca gəlir, lakin müstəqilliyi ilə fərqlənir. Onlar qohum oğuz-türk əlifbalarıdır.      Orxon-Yenisey əlifbası işarələrin sayına görə Gəmiqaya-Qobustan əlifbası ilə müqayisədə “kasıb” görünür. Bu oğuz- türk əlifbası və ondakı işarələrin miqdarı barədə qəti mülahizə yürütmək mümkün deyil. Düşünürəm ki, hər iki oğuz-türk əlifbası son dərəcə qədim tarixə malikdir. Avrasiya məkanında Orxon-Yenisey əlifbası şərq, Gəmiqaya-Qobustan əlifbası […]

Həzrəti Nuhla xilas və ərazi

   Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.     Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.     Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.     İşıq, od, alov […]

Anaların səbri dağ yarar…

Səbr etmək … Nəyə səbr etmək və niyə səbr etmək?… Ana!!! Adı kimi özü də əziz olan bir varlıq. Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik. Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi? Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara. […]

Qaranlığın köksündə dəhşətli bir partlayış

Qaranlığın köksündə dəhşətli bir partlayış… Ətrafa dalğa-dalğa yayılan güclü işıq və istilik qarşısına çıxan hər şeyi yandırıb-yaxa, kül edib göyə sovura bilərdi, amma buna izin verilməmişdi, ixtiyarı yoxdu. Öz məcrasında üsulluca axıb gedirdi etiraz etmədən. Vəzifəsi yanaraq, külə dönərək can verməyə, ölərək dirilişə vəsilə olmaqdı. Sərt məzaclı olsa da, aciz varlıqlara qarşı olduqca şəfqətli idi. Gözlərini açdıqda ucsuz-bucaqsız qaranlığın qoynunda […]

Yüksəlişimizin iki qanadı- Məktəb və müəllim

Məktəb, əcdadlarımız çox vaxt ona “məbəd” demişlər. Çünki məktəb və məbəd – hər ikisi eyni vəzifəni – insan yetişdirməyi, insanı kamilləşdirməyi, insanı ən yüksək səviyyəyə çıxarmaqla ona əbədi səadəti qazandırmaq vəzifəsini yerinə yetirən müəssisə olmuşdur. Bu baxımdan məktəb damarlarımızda axan qan, ciyərlərimizə çəkdiyimiz hava, doyunca içib yanğımızı söndürdüyümüz su kimidir, onsuz  həyat mümkün deyildir… Ölkənin, onun əhalisinin gələcəyinin sağlam və […]

Ömür yolumda yanaşı.,

Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada sükutda yox, sakitlikdə  olaq. Dalğaların bir- birinə sevincdə ləpələnməsinə çataq. Gedək elə bir yerə ki, Günəş işığının başlanğıc anını görək. Günorta günəşi  zirvədə bizlə, birlikdə bilək. Günəşin qürubunu, onun bir də məhəbbətlə işıq saçacağını gözləyə bilək. Sübh günəşini gözləyə-gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək. Gedək elə bir yerə ki, külək […]

Unudulmaz görüş

              45 ildən sonra görüşdüyüm əziz şagirdlərimə  (29.06.2013-cü ildə C. Cabbarlı adına kitabxanada müxtəlif  illərdə Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbini bitirmiş  şagirdlərin  müəllimlərlə görüşünün təsiri altında )         Yığılın başıma ağ güllər kimi, Ən isti, ən əziz könüllər kimi, Bir vaxt olduğumuz o illər kimi İstərəm yenə də mehriban olaq. […]

Kəmalə (Kəmalə Ağa qızı Ağayeva, 1937)

   Ağayeva  Kəmalə Ağa qızı   şair, dramaturq, 1958- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü.     1937-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil almışdır […]

2002-ci ilil avqust ayı Azərbaycanın yeni tarixşünaslığının başlanğıcı oldu.

“Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib, əsərlər, illüstrativ materiallar, kinolentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır.” Heydər Əliyev. *** “İnsan həmişə öz tarixi, öz keçmişi ilə, öz tarixi kökləri ilə, müasir nailiyyətləri ilə fəxr edir. Bunu bizim xalqımız bilsin…” Heydər Əliyev.              […]

1 61 62 63 64 65 82