Görünən, görünməyən, eşidilən

Print Friendly, PDF & Email

İnsan ətrafına baxdı ona ad tapdı “ Mutant “ ( eybəcərləşdirilmiş ), “ Amorf “ ( görkəmsiz, formasız, eybəcər ). Amma planetimiz və ətraf nədir, necədir hansı gözəlliklər əhatəsində, gözəlliklərdədir. Niyə gözəllikdədir?

   Gözəlliklər ətrafımızdadır, görmək istəsək də, istəməsək də o, yenə də gözəlliklər əhatəsində gözəlliklərdədir. Bu baxımdan “ Eqo “ – da bir baxışdır. Gözəlliklik mə`fumları bizim fikrimizin “ məhsulu “ olmayıb nə “ subyektivdə “, nə “ obyektiv “ – dədir, nə müqayisələrdə nə də düşüncələrimizdə və o gözəllikləri görmək istəklərimiz, gözlərimizdədir. O, gözəlliklər isə yaranışın başlanğıc anından başlamış və davam edən gözəlliklər əhatəsində o gözəllikdədir. Çünki yaranışın ilki gözəldir, özü gözəldir, ardıcıllıqları gözəl, törəməsi gözəldir.

   Kimsə “ eybəcərlik “ – ləri görmək istərkən o, o “ eybəcər “ – liyi gözəllikdə olduğunu görə bilmir. Kimin balası, kimin törəməsi çirkinlikdədir? Onlar onun gözündə, gözəlliklər əhatəsindədir. Onların “ çirkin “ – liyi görə bilməyən gözlərindədir. Onun gözündə o, yenə də gözəllikdədir.

   Ərazimiz, dilçiliyimiz göz dedi, gözdə dedi, göz – əllikdə dedi. Yenə də görən gözdə dedi. Gözəllikləri görmək istəyən gözdə mə`na olur, “ məqsəd “ olmur.

   Söz, fikir düşüncənin məhsulu deyil, söz vəziyyətin, şəraitin ardıcıllığı mə`nasıdır. Düşüncələr gözlərin dərinliyində, sifətin cizgilərində görünər. Sözü sözdən gör, “ gör “ deyirik. Söz görünmür, düşüncə görünmür, hava qatı görünmür, səs görünmür, ağrı görünmür daha nələr – nələr görünmür. Bu mə`fumlar Sahibi Mütləqin xüsusiyyətlərindəndir ki, onlar da görünmür. Çünki o, Sahibi Mütləq də görünmür. Amma hər an Özünün var olduğunu bəyan edər. Hər hansı bir mə`fumları görə bilmiriksə bu o demək deyil ki, onlar yoxdur. Onlar bizim dərk etməyimiz, eşitmək, bilmək üçün vardır.

   Mə`nasızlıq yığışıb mə`na gətirə bilmir, söz yığımı konkretliyi gətirə bilmir. Mə`nasızlıqla, məntiqsizlik mütləqi gətirə bilmir. Dəqiqsizlik yol göstərə bilmir. İnsanlar ad düşündülər “ bəhanə “. Bəhanə də bir bəhanədir, nə bəhanə? İlkdən ilk insandan yer üzündə məntiqi fikir, məntiqi düşüncələrdən fəlsəfə və elmlər törədi. Yer üzündə hansı yazıda, hansı elmdə mətiqi fəlsəfə özünü göstərmir?

   Cansız “ substansiya “ deyilən də bir hərəkətdədir. Kütlə, varlıqlar da sakitlikdə, sükunətdə yox, o da hərəkətdədir. Daş, dağ, dərə də hərəkətdədir. Bu hərəkətlər, yer kürəsi hərəkətinə mütənasib hərəkətdədirlər. Yer kürəsi Günəş ətrafında, günəş isə qalaktika daxilində, qalaktikalar Kainat daxilində, Kainatlar hərəkəti isə bir işıq başlanğıcı ətrafında hərəkətdədirlər.

   “ Cansız “ – ı cansız etməyə, can gərək ola. Canlını canlı etməyə də can gərək ola. Canın özünə də, can bəxş edən olar. İşıqsız, cansız, temperatursuz, kütləsiz, çəkisiz, formasız, rəngsiz də ola bilməz. Candan candır canımız, cana candır canımız. Canlılar arasında candır canımız. Cansız substansiya və ya substansiya cansız? Substansiya deyilən də bir candır, çünki adı varsa, demək özü də vardır.

   Qum – qumdan, daş – daşdan, ağac – ağacdan, çiçək – çiçəkdən, çay – çaydan, dəniz – dənizdən, okeanlar – okeanlardan, zirvələr – zirvələrdən, söz sözdən gözəldir ki, onlar da hərəkətdə bir candır ki, varlıqdır ki…

   İnsan böyük varlıqdır o, Kainatla yer təmsilçisidir. O, Kainatı yerə bağlar ( əqli düşüncələri, dərki ilə ), yer aləmini Kainata bağlar ( informasiyaları ilə ). İnsan iki həddlidir, öz bioloji konstruksiyasında iki bölüm arasındadır. Çünki insan vücudunda alınla qaş arası, bir sərhəddir. Alın sərhədsə, qaş da bir sərhəddir. Alın mərkəzində zəka nöqtəsi yerləşir o, başlanğıc sərhədliyidir. Alından yuxarıya ( zəka nöqtəsindən ) olan baş, yaddaş daşıyıcısı, dərk etmə daşıyıcısı olmaqla Kainata bağlılıqdadır. Alında zəka nöqtəsindən aşağıya qaşlardan başlamış, göz material aləmi açmağa göstərməyə bağlılığın başlanğıcıdır. İşıq bir mütləq. Gördüklərimiz, bildiklərimizlə biz onun mə`na daşıyıcılarıyıq.

   Göz gördüyünü bilər, qulaq eşitdiyini bilər, dil daddığını bilər, qan vücudu bilər, ürək qanı bilər və s. Qaşlardan aşağıya vücud diqqəti istər, əzizlənməyi istər, tumarlanmağı bəzəyi istər, yatmağı istirahəti istər, yaraşığı istər, isti soyuq qida istər və s. Ayaqlar hərəkət, əl barmaqları hiss etdirməyi istər. Zəka, baş, yaddaş yatmaz, mürgüləməz, susmaz, dayanmaz, qida ilə qidalanmaz. Baş və baş daxili tumar, yaraşıq, bəzək istəməz. Baş dərki istər, yaddaş istər, məntiq istər. Zəkamızdan bizi Kainata bağlamaq istər.

                             Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.