Orta əsr qəbristanlığı və sitayiş edilən Daş Qoç və qaratikan abidəsi-Araşdırma

ARAŞDIRMA (Hacıismayıllı qəbir abidələri) Cəlilabad rayonunun Hacıismayıllı kənd ərazisində aşkar olunan Orta əsr qəbiristanlığı böyük bir sahəni (2 ha yaxın ) əhatə edir. Qəbiristanlıq kəndin şimal-qərb istiqamətində qərar tutub. Əraziyə daxil olarkən müxtəlif ölçülərdə baş və sinə daşlarına rast gəlirsən. Təxminən XIV-XVI əsrləri səciyyələndirən bu daşların üzəri müxtəlif simvollar, həndəsi fiqurlar – damğa və şəkillərlə bəzədilmişdir. Əksəriyyətini “Çərxi-fələk” (svastika) adlandırdığımız […]