ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər

(Əvvəli – “İstanbulun Topqapı muzeyindən tapılan sensassion xəritə”) XX əsrin 50-ci illərində başda ABŞ mütəxəssisləri olmaqla, qədim xəritəşünaslıq və naviqasiya üzrə peşəkar mütəxəssis sayılan yazıçı kapitan Arlinqton Melleri xəritənin tədqiqinə başlayır və sensassion nəticə əldə edir. Xəritənin cənub hissəsində verilən manuskriptdə, hazırda buz örtüyü altında qalan Kraliça Mod Torpağının sahil zolağı göstərilibdir. Belə çıxır ki, həmin ərazilər buzlardan azad olarkən […]