İlk olan, dilçilik?

Print Friendly, PDF & Email

Yer üzündə olan, bütün Dil – Dilçilik sistemi, bir kökdə, bir hecada necə yaranıb və yarana da, bilərdi?

Çox ehtimal ki, İlk yer üzünə gələn, ilk körpə uşaqların ilk dil açdıqda tələffüz etdikləri “Də-də”, “Nə-nə”, “Mə-mə”, “Ma-ma”, və s. ilk Kainat Dilini, yer üzünə gətirməklə və o, ilk sözlər Bazasında, böyüdükcə ətrafa baxıb, hər gördüyünə Ad verib, Ad deyərək, Adlandıraraq, daha da dərin, başqa köməkçi sözlərdə, ifadə və tələffüz etməklə, sonrakı çox Qədim olan, tarixi Mərhələlərdən, Yer üzündə bütün dilçilik törəmələri buradan qaynaqlanmağa başlayıb?

 Çox düşündürücü və Yer üzündə, ilk dilin və bütün dillərin törəməsinə və törətməsinə də, bir ilkin olan, səbəblər olmalıdır!
Bu səbəbdən deyə bilmərik ki, yer üzündə ilk Dil, hansısa bir xalqa, bir qəbiləyə mənsub olan bir, Dil olub!

Milyon illər keçməyinə baxmayaraq, bu gün də, Yer üzünə gələn bütün körpə uşaqların o, ilkin Dil üslubundakı, “Də-dələr, Nə-nələr, Mə-mələr, Ma-malar”, hələ də, dəyişilməyərək qalmaqda, Kainat Dilçilik Akademiyasının o, Dilində tələffüz edilməkdədir.
Bu gedişat və tələffüzü isə dəyişib, başqalaşdıra biləcək bir, üslub və Varlıq hələ də, Mövcud deyil.
İlk körpə uşaqdan yer üzünə gətirilən ilk Dil haqda isə, heç vaxt, heç bir mərhələ haqda təhlillər edib, düşünmək istəmirik!

Mümkündür ki, çox sonrakı tarixi mərhələlərdə, bütün Durğu işarələri, bütün Alfavit-Əlifbaların Yer üzündə, törəyib, törətməyinə səbəb olaraq, Kainatın Dilçilik sistemindən bu səbəblərdən, uzaqlaşmaq mümkünsüz olub!
İlk körpənin, İlk sözü, indiki törəyən bütün körpələrin, o, ilk sözləri arasına, hələ də, başqa, yeni söz gəlmədi!

Həmin “Ba-badır, həmin Nə-nədir, həmin Mə-mədir, həmin Ma-madır”.
Yəqin ki, bu düşündürücü, araşdırılmalı olan “sirli, örtülü” səbəblərdən daha da, irəli gedərək, bu gün, deyə bilərik ki, haradan və necə törəyə bilərdi, Yer üzündə, İlk Kəlmə, ilk Söz, ilk cümlə?

Vahid Rzaev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.