Meyxanə, meynə, dil.

Print Friendly, PDF & Email

    Azərbaycan xalqının əsrlərdən əsrlərə keçərək bizə qədər gəlib çatan yaddaş tarixinə daxil olan gerçəkliklərdən biri də onun qəzəl aləmidir. Bu aləmdə meyxanə janrı da olub, var və olacaqdır.

   Meyxanəni səsləndirməyə, fəlsəfi fikri çatdırmağa istedad lazımdır. Meyxanə janrının heç də şərabla, meylə bağlılığı yoxdur. Bir çox hallarda meyxanə haqqında çox bayağı, qondarma fikirlər səsləndirilib və həqiqətin nəyə bağlı olduğu əslində gizlədilərək, insanları karıxdırmağa çalışıblar. Adam sərxoşsa, özünü (müvazinətini), dilini (topuq vuran) qafiyəyə sığışdıra bilməz.

    Meyxanənin isə qaiyəsi sərrast məntiq mənalar düyünü olan qafiyəyə sığıb, qafiyədə  qalıbdır. Meyxanənin qafiyəsi də qəfildən, bədahətdəndir. Meynə çubuğundakı xanələr arası məsafə (simmetriya) pozulmayan kimidir.

   Televiziyadan meyxanə janrının müzakirələrini seyr etdikcə, düşünürük: meyxana meyxanasa, bəs şərabxanə nədir?

   Böyük meyxanə ustadları öz şagirdlərinə göz önündə dərk edilə bilən dərs vəsaiti kimi (Abşeron yarımadası) bir meynənin çubuğunu göstərərək, ümumən təbiəti misal çəkərək “fikri çubuq kimi düz de, məntiqdə, qafiyədə qəfildən de, qafiyə sonluğunu uü– də tamamlayaraq tərəf müqabilə məntiqi cavabı deməyə yer ver,  meynə çubuğunda olan xanələr arası məsafəyə uyğun de. Meynənin xanəsindən çıxmaq olmaz, qafiyə pozular. Qafiyə pozularsa, fikir pozular, “meyxanə” sözlü yığım olar, məntiqin ahəngi pozular”, – söyləyiblər.

   Ö.Xəyyamın, İ.Nəsiminin rübailərinə baxaq. Dörd misralıq bu rübailərdə, dörd misra bir məntiq, beşinci misranı isə söyləməyə yer qalmayıb. Rübai də bir meynədə bir şanədir. Yəni meynə xanələrində simmetriya pozulmur. M.Nostradamusda da katrenlər dördlükdədir. Dördlük tamlığın ifadəsidir.

Qəzəlxan Ə.Vahidin qəzəllərinin hər biri “Şanə” şanə-şanədür. Meyxanə janrı da bir meynə xanələri arasındadır, şərabxanadan deyil. Şərabxanada səslər çox olar, məntiq olmaz, fikir cəm ola bilməz.

   Xalq xalqı yarada bilməz. Xalq dil yarada bilməz. Dil, dilçilik, Yaradandandır. Kainatlara üz tutub xitab edənlər, İlkə, Yaradıcıya xitab edənlər Kainatın dilində xitab edərlər. Əgər bəşərin dilini kainatlar bilmirsə, xitablarımız eşidilir, lakin dərk edilmirsə, sorğu olacaqsa, cavab orada “mənim dilimdə” dərk edilməyəcəksə, onda mən nə azad, sərbəst adammışam!

   …Vəhdət ahəngdədir, ahəng isə məntiqin ifadəsidir. Elə buna görə də: bəşər, mənim dilim – Kainatın dili. Kainatın dili – Cəm bəşəriyyətin dili.

Vahid Rzayev.

Bu məqalə: 13.06.2013 tarixdə, baxış sayı: 1.524, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.