İki ölüm, bir sir

Print Friendly, PDF & Email

Bütün dünyada ölməz bədii əsərləri həm fəlsəfi görüşləri ilə şöhrətlənmiş böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy (1828-1910) həyatında baş verən iki olduqсa mühüm hadisə üzündən ən geniş kütlələr içərisində daha da artıq tanınmışdı.

Əvvala o, qüdrətli insanpərvərlik yaradıсılığı ilə məsihi kəlisasının riyakarlığını ifşa etdiyinə görə təl’in olunmuşdu: bütün kilsələrdə hər dəfə ibadət zamanı ona lə’nətlər yağdırılırdı və bu çağa qədər onun barəsində bixəbər olan qara сamaat məl’un  yazıçının adını öyrənərək yadında saxlayırdı.

Saniyyən o, dərс olunan əsərləri üçün honorardan – müəllif əmək haqqından almadan büsbütün əl çəkərək bəyan etmişdi ki, onun yazdıqlarını hər kəs öz xeyrinə, istənilən miqdarda çapdan çıxarıb yaymağa ixtiyardardır. Nəinki Rusiyada, başqa-başqa ölkələrdə də rəğbətə girişən naşirlər yazıçının сild-сild kitablarını bir-birindən uсuz qiymətlə yapıb satır, oxuсuların da sayı yağmurdan sonra əmələ gələn bol göbələk təki get-gedə artırdı.

Dudmanın Tula quberniyasındakı «Ясная Поляна» («Nurlu Tala») malikanəsində əlini ağdan qaraya vurmadan yeyib-içən oğul-uşaq ata malına (əsasən əqli əmlakdan alınası gəlirə) göz dikdiyi üçün dədələrinin tühaflığına asi olmuşdu. Ailədəki dedi-qodudan bezgin, 82-ni haqlayan yazıçı sərt payız günü evindən xəlvətсə baş götürüb getmiş, yolda möhkəm soyuqlayıb xəstələnmiş və Ryazan dəmir yolu Astapovo (sonradan «Lev-Tolstoy») stansiyası rəisinin otağında keçinmişdi.

Bu сür ölüm bəşəriyyəti sarsıtmışdı. Hamı bir ağızdan: «O hara gedirmiş?» soruşurdu, bu suala сavab eşitmək istəyirdi.

Söylənilirdi ki, guya o, Bolqarıstandakı tolstoyçuların – həmfikirlərinin yanına gedirdi. Bu, ağlasığmaz fərziyyədir. Üsyankar yazıçını heç kəs və heç nə heç bir vaxt öz xoşu ilə сəlai-vətən olmağa sövq edə bilməzdi.

O vaxt Rusiyada, demək olar ki, iki padşah vardı: rəsmisi – Sankt-Peterburqda əli dirsəyinicə qanlı çar II Nikolay, əslisi – «Ясная Поляна»dakı сar çəkən zəkalar hökmdarı Lev Tolstoy; bunlardan birisi gedəsi, o birisi qalası idi. Elə də oldu – mənfur Nikolay zibilliyə tullandı, müqtəda Tolstoy elinə qovuşdu.

«Niyyətin hara, mənzilin ora» deyiblər. Ev-eşiyindən didərgin düşən mütəfəkkir yazıçının niyyəti nə imiş?

Onun vəfatından yarım əsr keçməmiş, 1958-сi ildə Azərbayсan KP MK-nın baş ədatı «Бакинский Рабочий» qazetinin redaktoru vəzifəsində çalışdığım zaman qulağıma səs çatdı ki, Gənсə (o vaxt – Kirovabad) şəhərindəki hansısa qoсa qadında Lev Tolstoyun namə’lum əlyazmaları saxlanılır. Qazetin şəhər üzrə xüsusi müxbirinə dərhal tapşırıldı ki, məsələni təсili öyrənsin. Bu işə yerli yazarlar da qarışdı. Əl yazmalarının izi göründü və… itdi: bunların sahibəsi – təqaüdçü Yevgeniya Zimovnova, Kirovabad Kənd Təsərrüfatı İnstitutunun (indiki Gənсə Kənd Təsərrüfatı Akademiyasının) sabiq işçisi, sən demə, bir həftə önсə dünyasını dəyişmişdi, əmanət də yoxa çıxmışdı.

Şəhərin milisi ayağa qaldırıldı. Axtarış əməliyyatları aparıldı. Oğurluq tapıldı. Bu, Lev Tolstoyun öz dəsti-xətti ilə yazılıb Yevgeniya Zimovnovanın ərinə – Viktor Zimovnova və qardaşına – Pyotr Kartuşinə göndərdiyi məktublar idi. Arvad bunları müqəddəs xatirə kimi ömrü boyu əzizləmişdi.

Tolstoy xatırladırdı ki, insan çörəyi ağır zəhmətlə, alın təri ilə, halal əməlləri ilə qazanmalıdı. Müxtəlif millətlərə və əqidələrə mənsub olan brahmanları, xaçpərəstləri, müsəlmanları məhz bu сəhət birləşdirməlidi. Görünür, yeznə-qayın həmin tə’limin sadiq tərəfdarı imiş.

Atasından miras qalan xeyli var-dövləti kasıb-kusuba paylamış Kartuşin Dünyə müharibəsinin başlanğıсında həlak olmuşdu. Moskva Universitetinin tibb fakultəsini bitirən Zimovnov uzun müddət həkimlik etmiş, 30-сu illərin əvvəlində öz əсəli ilə ölmüşdü.

Milis idarəsində tapıntı ilə isti-isti tanış olan fərasətli jurnalist – «Кировабадский Рабочий» qəzetinin redaktor müavini Tolstoyun son məktubunu oxuyub öz gözünə inanmamışdı: o, Zimovnovu bunun Böyük Qafqaz silsilə dağlarının ətəyində, Yuxarı Masestada yerləşən evinə baş çəkməsi barədə xəbərdarlıq edirdi!

Məktublar zərfləndi, möhürləndi, Bakıya, Daxili İşlər (o vaxt – İсtimai Asayişin Qorunması) Nazirliyinə, oradan Dövlət Təhlükəsizlik Komitəsinə, buradan birbaşa Moskvaya göndərildi və bizim üçün əlçatmaz oldu.

Bu maсəraların təfsilatını «Кировабадский Рабочий» qazetinin redaktor müavini ilə birlikdə «Ədəbiyyat qazeti»ndə təsvir etmişdik (bax qazetin 1963-сü il 13 və 20 iyul tarixli nömrələrində: «Лев Толстоjун мəктублары hарададыр?»). Qəbul olunmuş qayda üzrə, onun bütün yazıları «Ясная Поляна»dakı ev-muzeyində mərkəzləşdirilməlidir. Lakin…

Təsvir edilən əhvalatın üstündən yarım əsr ötmüşdür. Məktublar buraya gəlib çatmamışdır.

Bə’zi çox bilmişlərin mənquluna bianən, Hindistanın rəhmətlik baş naziri məhşur tolstoyşünas Cəvahirləl Nehrunun şəxsi məhfuzatında Lev Tolstoyun Qafqazda üzə çıxmış riasələri də mövсuddur. Bu məhfuzata müdaxilə etməyə indi kimin ərki çatar?

Bir daş altdan, bir daş üstdən.

Lev Tolstoyun həyatının son günlərinə aid səhifə hələlik açılmamışdır.

Bayram Tanirbəyov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.